Məhz bu səbəbdən viza məsələsində məhdudiyyətlərin tətbiqi ilə... ŞƏRH
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ-nın viza ilə bağlı verdiyi qərar yalnız Azərbaycan və ya region ölkələrinə deyil, ümumilikdə dünyanın bir çox dövlətlərinə şamil olunur. Hesab etmirəm ki, Donald Tramp bu addımı konkret olaraq hansısa bir ölkəni hədəf alaraq atıb. ABŞ son illər xarici siyasətdə ciddi problemlərlə üzləşib. Bu problemlərin bir qismi şüurlu seçimlərin, bir qismi isə məcburi qərarların nəticəsidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Tramp administrasiyası ehtimal edir ki, beynəlxalq gərginliklər fonunda ABŞ daxilində sabitliyi pozmaq, nifrət yaratmaq və hətta terror aktları törətmək kimi risklər arta bilər. Bu baxımdan ölkəyə daxil olan miqrantların radikal qruplar tərəfindən alətə çevrilməsi ehtimalı da nəzərə alınır. Məhz bu səbəbdən viza məsələsində məhdudiyyətlərin tətbiqi ilə mümkün terror təhlükələrinin və qeyri qanuni fəaliyyətlərin qarşısını almaq məqsədi güdülür".
O bildirib ki, Tramp hakimiyyəti dövründə bu cür tədbirlər davamlı olacaq və müxtəlif formalarda tətbiq ediləcək:
"Çünki onun yürüdüyü xarici siyasət xətti ABŞ üçün eyni zamanda risklər və problemlər yaradan bir kursdur.
Əgər ABŞ bu problemlərdən uğurla çıxa bilsə, bu, ölkə üçün müsbət nəticələr verə və Trampın irəli sürdüyü Amerikanı yenidən gücləndirmək ideyasının reallaşmasına səbəb ola bilər. Əks halda, yəni bu siyasət uğursuz olarsa, ABŞ üçün ağır və uzunmüddətli nəticələr qaçılmaz olacaq"
Qeyd edək ki, ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkəyə viza verilməsini dayandırıb.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Fransa məhz bu səbəbdən Bakıya gəlmədi” VİDEO
22 Noyabr 2024 18:28
Baxış sayı:77
Bu xəbər 15 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları