“Məhz erotikaya görə hamı filmin linkini istəyir” Rejissordan keçmiş nazirin qızına ittiham
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Əslində Suada xanım istəyinə nail oldu. Qara piar da olsa, artıq hamı bu filmin varlığından xəbərdardır. Məhz erotik səhnələrinə görə hamı bir-birindən filmin linkini istəyir”.
"Yeni Sabah" xəbər verir ki, bunu Abdulla Şair adına Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Saida Haqverdiyeva bildirib.
O qeyd edib ki, sənətdə yenilik birmənalı qarşılanmır:
“Hətta Məhsəti Gəncəvinin kim olduğundan xəbəri olmayanlar belə artıq bu adı eşidir, axtarış sistemlərində onun haqqında məlumat oxuyur. Suada xanım görkəmli teatr xadimi, şair Səməd Mənsurun nəticəsi, tanınmış rejissor Tofiq Kazımovun nəvəsidir. Tofiq Kazımov Azərbaycan teatrına müasirlik və yenilik gətirmişdi. Sənətdə yenilik, müasirlik bir mənalı qarşılanmır. Bəzən sərt tənqidə də tuş gəlinir. Amma yenə də zaman göstərir ki, sənətə gətirilən hər bir yeniliyin öz yeri, öz izahı və öz dəyəri var. Keçək filmə: filmi izlədim, həqiqətən də bəzi səhnələr mənim üçün qəbulolunmazdır”.
Qeyd edək ki, “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalından çıxarılıb. Bu barədə məlumatı filmin rejissoru Suada Qarayeva yayıb.
Xatırladaq ki, S.Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 04 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















