Icma.az
close
up
RU
Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir

Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə - məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də bu siyahıya əlavə ediləcək.

Bildirilib ki, qanun layihəsi məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üzrə məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsindən azad edilmə məqsədilə hazırlanıb.

Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin (60 gündən 180 gün müddətinədək) verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur.

Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. 

Hazırda “Dövlət rüsumu haqqında” qanuna əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən edilib, eyni zamanda məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları bu ödənişlərdən azad edilib.

Məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onların məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlib.

Məişət zorakılığından zərər çəkmiş şəxs dedikdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən məişət zəminində fiziki, psixi, cinsi zorakılığı, iqtisadi xarakterli qanunsuz hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs nəzərdə tutulur.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri