Icma.az
close
up
RU
Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1413 nəfər zərər çəkib. Belə ki, zərərçəkənlərin 1176-sı qadın, 15-i isə yetkinlik yaşına çatmayan şəxs olub.

Modern.az-ın Dövlət Statistika Komitəsinin açıqladığı "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsindən əldə etdiyi məlumata görə, məişət zorakılığından zərərçəkənlərin ən çoxu Bakı şəhərində qeydə alınıb. Paytaxtda belə cinayətlərin 605 zərərçəkəni olub. Onların 532-si qadın, 7-si yetkinlik yaşına çatmayan şəxsdir.

Bakının rayonları arasında ən yüksək göstərici Sabunçu rayonunda qeydə alınıb. Rayonda məişət zorakılığı ilə bağlı cinayətlərdən 170 nəfər, o cümlədən 155 qadın və 3 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib.

Xəzər rayonunda 81, Binəqədi rayonunda 65, Xətai rayonunda 52, Qaradağ rayonunda 49, Nizami və Yasamal rayonlarının hər birində 40, Nərimanov rayonunda 34, Suraxanı rayonunda 33, Nəsimi rayonunda 31, Səbail rayonunda 7, Pirallahı rayonunda isə 3 zərərçəkən qeydə alınıb.

Bakıdan sonra ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada 146 nəfər, o cümlədən 123 qadın və 2 yetkinlik yaşına çatmayan şəxs məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib. Zərərçəkənlərin 100-ü Abşeron rayonunun, 46-sı isə Sumqayıt şəhərinin payına düşüb. Xızı rayonunda belə fakt qeydə alınmayıb.

Mərkəzi Aran iqtisadi rayonunda 88 nəfər zərər çəkib. Onların 73-ü qadındır. Kürdəmirdə 27, Ağdaşda 25, Ucarda 11, Mingəçevir və Yevlaxın hər birində 8, Göyçayda 6, Zərdabda isə 3 zərərçəkən olub.

Lənkəran-Astara iqtisadi rayonunda məişət zorakılığından zərər çəkənlərin sayı 80 nəfərdir. Onların 63-ü qadın, 1-i yetkinlik yaşına çatmayan şəxsdir. Masallıda 29, Lənkəranda 26, Astarada 18, Cəlilabadda 4, Yardımlıda 2, Lerikdə isə 1 zərərçəkən qeydə alınıb.

Şirvan-Salyan iqtisadi rayonunda 78 nəfər, o cümlədən 67 qadın və 1 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib. Şirvan şəhərində 27, Biləsuvarda 21, Neftçalada 11, Hacıqabulda 10, Salyanda isə 9 zərərçəkən olub.

Qazax-Tovuz iqtisadi rayonunda 77 nəfər məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib. Onların 63-ü qadındır. Şəmkirdə 33, Ağstafada 25, Qazaxda 12, Gədəbəydə 6, Tovuzda isə 1 zərərçəkən qeydə alınıb.

Mil-Muğan iqtisadi rayonunda 73 zərərçəkən olub. Onların 51-i qadın, 1-i yetkinlik yaşına çatmayan şəxsdir. Sabirabadda 40, Beyləqanda 17, Saatlıda 13, İmişlidə isə 3 nəfər məişət zorakılığından zərər çəkib.

Şəki-Zaqatala iqtisadi rayonunda 59 nəfər, o cümlədən 44 qadın zərərçəkən olub. Balakəndə 18, Qəbələdə 11, Zaqatalada 10, Qaxda 9, Şəkidə 8, Oğuzda isə 3 nəfər qeydə alınıb.

Gəncə-Daşkəsən iqtisadi rayonunda 56 nəfər zərər çəkib. Onların 43-ü qadındır. Goranboyda 26, Göygöldə 18, Gəncədə 8, Samuxda 3, Daşkəsəndə isə 1 zərərçəkən olub. Naftalan şəhərində belə hal qeydə alınmayıb.

Quba-Xaçmaz iqtisadi rayonunda 55 zərərçəkən qeydə alınıb. Onların 40-ı qadın, 2-si yetkinlik yaşına çatmayan şəxsdir. Xaçmazda 15, Quba, Qusar, Siyəzən və Şabran rayonlarının hər birində 10 nəfər məişət zorakılığından zərər çəkib.

Naxçıvan iqtisadi rayonunda 35 nəfər, o cümlədən 30 qadın zərərçəkən olub. Naxçıvan şəhəri və Babək rayonunun hər birində 10, Şahbuzda 5, Culfada 4, Kəngərlidə 3, Sədərəkdə 2, Ordubadda 1 nəfər qeydə alınıb. Şərur rayonunda zərərçəkən olmayıb.

Qarabağ iqtisadi rayonunda 31 nəfər, o cümlədən 26 qadın məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib. Tərtərdə 13, Füzulidə 10, Ağdamda 5, Bərdədə 2, Ağcabədidə isə 1 zərərçəkən olub. Xankəndi şəhəri, Ağdərə, Xocalı, Xocavənd və Şuşada belə hal qeydə alınmayıb.

Dağlıq Şirvan iqtisadi rayonunda 22 nəfər zərərçəkən olub. Onların 15-i qadın, 1-i yetkinlik yaşına çatmayan şəxsdir. Ağsuda 10, İsmayıllıda 6, Şamaxıda 5, Qobustanda isə 1 nəfər zərər çəkib.

Ən aşağı göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Burada 7 nəfər, o cümlədən 5 qadın məişət zorakılığından zərər çəkib. Cəbrayılda 3, Laçında 2, Kəlbəcər və Zəngilan rayonlarının hər birində 1 zərərçəkən olub. Qubadlı rayonunda isə belə hal qeydə alınmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri