Icma.az
close
up
RU
“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib

“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib. 

28 fevral 2025-ci il tarixində keçiriləcək Brifinqin məqsədi “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”na uyğun olaraq keçirilən ilk iclasın əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır.

Qeyd edək ki, məişət zorakılığının qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi  və onların hüquqlarının bərpası sahəsində dövlət orqanlarının  fəaliyyətlərinin əlaqələndirilməsi  və görülən cavab tədbirlərinin monitorinqi üzrə mexanizm 2024-cü ilədək qanunvericilikdə nəzərdə tutulmayıb. “Məişət zorakılığının qarşısının alınması haqqında” AR Qanununa edilən dəyişikliyə əsasən artıq bu mexanizm müəyyən edilib. 

Qaydaya əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib. 

Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: Məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunması. 

Brifinqdə çıxış edən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  9 nəfərdən ibarət yaradılan qrupun  iştrakı ilə keçirilən müzakirələrin  yeni mexanizmdə  özünü əks etdirən qanunun icra olunmasına şərait yaradacağını bildirib: "Bununla bağlı müxtəlif tədbirlər görülür  və eyni zamanda yaxın günlərdə Milli Məclis qarşısında bu məsələ ilə bağlı təklif qoyuldu. Gələcək zamanlarda da  aparılan işlərin nəticələri ilə tanış olacayıq. Bu mexanizmdə  vəkillər kollegiyasınsan daha çox dəstək gözləyirik. Baş verən cinayətlərin qarşısını alınmasında  hər tərəfli iştrak edən bütün qurumlara təşəkkürümü bildirirəm. Hər tərəfli yardım, həm də sürətli yardım deməkdir. Bundan sonra da təklif edirəm ki, hər kəs özünə aid sahə üzrə baş verən məişət zorakılığı, cinayət hadisələrin qarşısını alınmasında yardım eləsin". 

Brifinqdə çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında məişət zorakılığında ən çox zərər görən məhz uşaqların olduğu və bunu nəzərə alaraq  məktəblərdə psixoloq fəaliyyətlərinin gücləndirilməsinin vacib olduğunu bildirib: "Biz birlikdə məişət zorakılığının qarşısını almaq üçün faydalı işlər görəcəyik. Bu mövzuda qəbul olunan qanunun həyata keçirilməsində müəyyən mexanizm qurulmalıdır. Son zamanlar müəyyən dövlət  qurumlarında qadınların da fəal iştrak etməsinin  şahidi oluruq. Eyni zamanda belə   irəliləyiş məişət zorakılığının qarşısı alınması məsələsində də olmalıdır. Monitoriq qrupunun əsas məqsədi qurumlar arası əlaqənləndirmə işləri aparmaq, cəmiyyəti marifləndirməkdən ibarətdir".

Havar Şəfiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri