Icma.az
close
up
RU
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik ediləcək

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik ediləcək

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb ki, gündəliyə 4 məsələ daxil edilib. Əvvəlcə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Qanun layihəsinə (birinci oxunuş) baxılıb. Qanun layihəsi barədə məlumat verən Komitə sədri bildirib ki, dəyişikliklər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkilini və fəaliyyətini təkmilləşdirməyi, həmçinin bu sahədə görülən işlərin səmərəliliyini artırmağı hədəfləyir. Bildirilib ki, layihəyə əsasən “yetkinlik yaşına çatmayan” ifadəsi “uşaq” ifadəsi ilə əvəz edilir, komissiyanın işlərinin icrası və nəzarəti üçün müvafiq katibliyin vəzifələri müəyyənləşdirilir. Dəyişikliklər, həmçinin bir sıra dəqiqləşdirmə və uyğunlaşdırmaları nəzərdə tutur.
Gündəlikdə duran növbəti məsələ - Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirə olunub. Komitə sədri bildirib ki, dəyişikliklər yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılması məqsədilə hazırlanıb. Layihəyə görə, uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək.
Gündəliyin üçüncü məsələsi olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verən Komitə sədri Zahid Oruc bildirib ki, dəyişikliklər məişət zorakılığının qarşısının alınması, qurbanların hüquqlarının qorunması və məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sonra iclasda birinci oxunuşda olan gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunub. Qeyd olunub ki, qanun layihəsi mənzil fondunun özəlləşdirilməsi ilə bağlı sənədlərin elektron yolla əldə olunmasını nəzərdə tutur. Eyni zamanda bildirilib ki, təklif olunan dəyişikliklər sahəvi normativ hüquqi aktlarda təsbit edilərək, elektron xidmətlərin sayının artırılmasına və sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsinə imkan yaradacaq ki, bu da öz növbəsində vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artmasına və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Qanun layihələrinin müzakirəsində komitənin sədri Zahid Oruc, üzvləri Hikmət Məmmədov, Vüqar Rəhimzadə, Mübariz Qurbanlı, Elman Nəsirov, Sevil Mikayılova, Bəhruz Məhərrəmov çıxış edərək təqdim olunan qanun layihələrinin əhəmiyyətini qeyd ediblər, təklif olunan dəyişikliklər barədə fikirlərini ifadə ediblər, suallarını səsləndiriblər.
İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deputatların qaldırdığı məsələlərə münasibət bildiriblər, onların suallarını cavablandırıblar.
Deputatlar müzakirəyə çıxarılan qanun layihələrinin hər birini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.
Onlayn iclasda komitənin üzvləri Naqif Həmzəyev, Səyyad Salahlı və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri