Icma.az
close
up
RU
MEK in direktoru beynəlxalq konfransda nadir kitabların rəqəmsallaşdırılmasından danışıb

MEK in direktoru beynəlxalq konfransda nadir kitabların rəqəmsallaşdırılmasından danışıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov İstanbulda keçirilən “Nadir əsərlər. Köklərdən kodlara: nadir əsərlər və süni intellekt” adlı II beynəlxalq konfransda iştirak edib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, Hüseyn Hüseynov konfransda “Nadir kitablar fondunun rəqəmsallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Nadir kitablar fondunun ölkənin ən zəngin məlumat mənbələrindən biri olduğunu vurğulayıb. Burada saxlanılan elmin bütün sahələrinə aid 12 minə yaxın qiymətli əsərlərin dünya elminin inkişafında mühüm mənbə rolunu oynayaraq, tədqiqatçıların yeni faktlar əldə etməsinə imkan yaradan unikal informasiya xəzinəsi olduğunu qeyd edib. Vurğulayıb ki, MEK-də ən müasir texnologiya vasitəsi ilə kitablar skan edilir, konvertasiya olunur və elektronlaşdırılır, bərpasına ehtiyac duyulan kitabların restavrasiyası diqqət mərkəzində saxlanılır.

Direktor bildirib ki, kitabların rəqəmsallaşdırılması oxucuya qısa zamanda kitab, məqalə, foto, xəritə və digər materialları əlçatan edir. Eləcə də nadir və köhnə kitabların elektron versiyasının yaradılması orijinal kitabın zədələnmə, itmə ehtimalı azaldır.

MEK-də həyata keçirilən rəqəmsallaşdırma layihələri, avtomatlaşdırılmış kitabxana-informasiya sistemi, elektron kataloqlar, beynəlxalq verilənlər bazalarına çıxış imkanları barədə ətraflı məlumat təqdim olunub.

Konfransda, həmçinin rəqəmsal irsin qorunması, maddi-texniki təminat, kitabxana-informasiya sahəsində süni intellektin tətbiqi müzakirə edilib.

Sonda MEK-in direktoru Hüseyn Hüseynova sertifikat təqdim olunub.

Qeyd edək ki, Türkiyənin İbn Haldun, İstanbul və İstanbul Mədəniyyət universitetlərinin təşkilatçılığı ilə baş tutan konfransda Almaniya, Hindistan, Qazaxıstan, Rumıniya kimi ölkələrdən elm və mədəniyyət xadimlərinin, Türkiyə universitetlərinin nümayəndələrinin, kitabxana rəhbərlərinin iştirakı ilə sessiyalar keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri