Məkkə sazişinə qoşulanların sayı arta bilər
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bunu deyən Pakistanın xarici işlər naziri İshaq Dar ölkələrin adlarını açıqlamayıb.
"Daha əvvəl Misir və Banqladeşlə yanaşı, Suriya, Qətər, Küveyt və Bəhreynin də ittifaqa qoşula biləcəyi gündəmə gəlib. İttifaqın ilk genişlənmə görüşləri isə Ər-Riyadda keçiriləcək növbədənkənar toplantıdan sonra başlayacaq", - məqalədə qeyd olunub.
Bildirilib ki, ittifaqa qoşulması ən çox gündəmə gələn ölkələr arasında Misir və Banqladeş var.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da avqust ayında verdiyi açıqlamada Misirin ittifaqa qoşulmasının mümkün olduğunu söyləyib. Qahirə hələ qərarını verməyib. Banqladeş isə ittifaqla bağlı müsbət mesaj verən ölkələr arasındadır.
Əlavə edilib ki, Məkkə sazişini imzalaya biləcək ölkələr arasında Suriya və İran da var.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıb, ona əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Oktyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















