Icma.az
close
up
RU
İmzaladığı 50 yə yaxın Fərman Ləğv olundu

İmzaladığı 50 yə yaxın Fərman Ləğv olundu

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 47 fərman ləğv edilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Qərar imzalayıb.

Qərara əsasən, “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında”, “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserninin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserni haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Rabitə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Tikinti və Memarlıq Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Kompüter Təlim-Tədris və İnternet Mərkəzi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yeni strukturunun təsdiq edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin yaradılması haqqında”, “Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Nazirlər Kabineti yanında Elmi Bərpa-İstehsalat İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublika Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Əsasnaməsinə qismən dəyişikliklər edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında”, “Naxçıvan Beynəlxalq Hava Limanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”, “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və mərkəzi aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə çevrilməsi, Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi və strukturunun təsdiq olunması haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin, Komissiyanın strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında”, “Sənaye parkları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında”, “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə” fərmanlar ləğv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri