Məkkədə “Patriot” sistemləri aktivləşdirilib Video
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı Məkkə şəhərinin təhlükəsizliyini gücləndirmək üçün Patriot hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.
Yeniavaz.com xəbər verir ki, Məkkədə hava hücumundan müdafiə sistemlərini aktivləşdirilməsilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı rəsmilərinin yaydığı məlumatına görə, Məkkənin cənubunda husilərə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşirilib. Bildirilib ki, PUA müqəddəs şəhərin qadağan olunmuş hava məkanına daxil olmazdan əvvəl hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Səudiyyə koalisiyasının sözçüsü Turki əl-Malki bildirib ki, Məkkənin, müqəddəs məkanların və zəvvarların təhlükəsizliyi “qırmızı xətt”dir.
Husilər isə Məkkəni və digər müqəddəs məkanları hədəfə aldıqlarını təkzib ediblər.
Səudiyyə tərəfi bu hadisəni husilərin Məkkəyə qarşı ikinci belə cəhdi kimi təqdim edib. İlk hadisənin 2017-ci ildə ballistik raketlə bağlı olduğu bildirilib.
Baxış sayı:81
Bu xəbər 16 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















