Meksika ABŞ dan miqrantları gətirən təyyarənin enməsinə icazə verməyib
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Deportasiya ediləcək miqrantları daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "C-17" təyyarəsi hər biri təxminən 80 nəfərlə Qvatemalaya yola düşüb. Meksikaya planlaşdırılan üçüncü reys heç havaya qalxmayıb. Meksika hökumətinin imtinasının səbəbləri hələlik dəqiqləşdirilməyib.
Meksika hökuməti ABŞ-ın birtərəfli tədbirlərinə, o cümlədən miqrantların ABŞ-dan sığınacaq tələblərinə baxılması üçün qonşu ölkədə gözləmələrini tələb edən “Meksikada qalmaq” siyasətinin bərpasına qarşı olduğunu bildirib.
Yanvarın 20-də Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. ABŞ lideri bildirib ki, bu, qeyri-qanuni mühacirlərin ölkəyə "fəlakətli hücumunu dəf etmək" üçün cənub sərhədinə qoşun göndərmək məcburiyyəti yaradır. Əvvəllər respublikaçı dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və qeyri-qanuni mühacirlərin məcburi deportasiyasının lehinə çıxış edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















