Icma.az
close
up
RU
Meksika səfirliyində Ölülər Günü qeyd edilib

Meksika səfirliyində Ölülər Günü qeyd edilib

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Meksikanın Azərbaycandakı səfirliyində Ölülər Günü keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero qonaqları bu xüsusi bayram haqqında məlumatlandırıb. "Meksikanın kolonizasiyadan öncəki dövrünün mədəniyyətinə xas olan bu bayramda meksikalılar dünyasını dəyişən yaxınlarının xatirəsini yad etmək üçün qurbangahlar qururlar. Bu xüsusi gün Meksikada bayram kimi qeyd olunur və bu ənənənin qorunub saxlanılması bizim üçün çox önəmlidir. Bu gün biz məşhur meksikalı rəssamlar - Frida Kahlo və Dieqo Rivieraya həsr edilmiş qurbangah hazırlamışıq", - deyə səfir qeyd edib.

Sempasuçitl (Nahuatl dilində "iyirmi çiçək" və ya "dörd yüz ləçək" deməkdir) gülləri ilə bəzədilmiş qurbangahda mərhumların şəkilləri, şəxsi əşyaları, vaxtilə sevdikləri yeməklər, kəllə formasında hazırlanmış şəkər məmulatı, "Pan de Muerto" (ölülər çörəyi - hər il Meksikada noyabrın 1-2-də keçirilən Ölülər Günündə əcdadları yad etmək məqsədilə bişirilir) və xüsusi kəsilmiş kağızlar yer alır. Hazırda bu adət-ənənə günümüzə uyğunlaşdırılaraq bir sıra dini elementləri də özündə birləşdirir.

Tədbirə gələn qonaqlara "Pan de Muerto" və Meksika kakaosu təqdim edilib. Həmçinin qonaqlar üçün vorkşop təşkil edilib, uşaqlar orada şəkər kəllələrini rəngləyərək Meksika mədəniyyəti ilə yaxından tanış olublar.

Xanım səfir qurbangahın qarşısında yerləşdirilmiş qeyri-adi bir xalçadan da bəhs edib. O, meksikalı sənətkarın istifadəyə yararsız və ovulmuş taxta parçalarından hazırladığı bu rəngli xalçanın Bakıda keçiriləcək COP29-a həsr edilən bir əsər olduğunu vurğulayıb və buna bənzər digər nümunənin Azərbaycan Milli Xalça Muzeyində sərgiləndiyini bildirib.

Qeyd edək ki, bu tədbir Meksika adət-ənənələrinin tanıdılması və ölkələr arasındakı mədəni əlaqələrin inkişafı yolunda mühüm bir addımdır.

Ölənlər Günü 2008-ci ildə ümumbəşəri irs kimi UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri