Meksikada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ!
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədəki səfirlik Azərbaycan vətəndaşlarına müraciət edib.
Redaktor.az xəbər verir ki, müvafiq müraciət səfirliyin "X" sosial media hesabında paylaşılıb.
Paylaşımda deyilir ki, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.
“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur”, - paylaşımda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 23 Fevral 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















