Icma.az
close
up
RU
Məktəb bufetlərində nə baş verir? Şagirdlər buna görə zəhərlənir

Məktəb bufetlərində nə baş verir? Şagirdlər buna görə zəhərlənir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bundan əvvəl isə Sumqayıt şəhərinin 18-ci mikrorayonunda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. İlkin məlumatlara görə, şagirdlərin Saray qəsəbəsindəki mağazalardan birindən alınmış "Chupa Chups" markalı konfeti yedikdən sonra özlərini pis hiss etdikləri bildirilir.

Ardıcıl baş verən bu hadisələr məktəblərdə və qida məhsullarının satış məntəqələrində təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunduğu ilə bağlı suallar yaradıb.

Mövzu ilə bağlı Ölkə.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirib ki, distribüter şirkətlər məhsulların son istifadə müddətinin bitməsinə bir neçə gün və ya müəyyən müddət qalmış həmin məhsulları satışdan çıxarmalıdırlar:

"Bu proses distribüter tərəfindən həyata keçirilməsə belə, hər bir mağazada qidaya nəzarət edən məsul şəxs olur və onun vəzifəsi son istifadə tarixi yaxınlaşan məhsulların vitrinlərdən yığışdırılmasını təmin etməkdir.

Həmin məhsullar daha sonra distribüter şirkətinə geri qaytarılmalı və utilizasiya prosesi şirkət tərəfindən həyata keçirilməlidir. Əgər mağaza tərəfindən məhsul satışdan çıxarılmayıbsa, mən bunu mağazanın laqeydliyi və səhlənkarlığı kimi qiymətləndirərdim. Çünki hər bir məhsulun son istifadə müddəti başa çatmamışdan əvvəl, hətta mən deyərdim ki, ən azı bir həftə öncədən satışdan kənarlaşdırılması məqsədəuyğundur. Xüsusilə nəzərə alsaq ki, bu məhsulları əsasən azyaşlılar alır və istifadə edir, burada nəzarət daha da ciddi olmalıdır.

Diqqət yalnız son istifadə müddətinə deyil, məhsulların saxlanma qaydalarına və saxlanma prinsiplərinə də yönəldilməlidir. Bundan əlavə, məhsulun mağazaya nə vaxt daxil olması məsələsi də araşdırılmalıdır. Çünki istisna deyil ki, bəzi hallarda son istifadə müddətinin bitməsinə az qalmış və ya vaxtı keçmiş məhsullar aşağı qiymətlərlə mağazalara təqdim olunur. Əgər belə hal baş veribsə, bu, artıq şirkət tərəfindən ciddi qanun pozuntusu hesab oluna bilər. Ona görə də həm məhsulun mağazaya daxilolma tarixi, həm də satışa çıxarıldığı tarix mütləq şəkildə yoxlanılmalıdır".

Bundan əlavə ekspert qeyd edib ki, hər bir məktəbdə qida təhlükəsizliyi üzrə səlahiyyətli nümayəndə olmalıdır və o, mütəmadi olaraq məhsulların son istifadə tarixlərinə, məhsulların saxlanma şəraitinə, soyuq qida zəncirinə və FİFO prinsipinə nəzarət etsin:

"Həmçinin söhbət yalnız şirniyyatlardan getmir. Məktəb bufetlərində müxtəlif bişmiş məhsullar, peraşkilər və digər qidalar da hazırlanır. Bu məhsullarla bağlı da mütəmadi nəzarət həyata keçirilməlidir.

Çox təəssüflər olsun ki, bu gün məktəblərin bufetlərində bir özbaşınalıq hökm sürür. Bu özbaşınalığın nəticəsidir ki, uşaqlar hansısa məhsuldan zəhərlənib. Bu gün heç kim zəmanət verə bilməz ki, digər məktəblərin bufetlərində də belə məhsullar yoxdur.

Təhsil ocaqlarının özündə yetərincə işçi var və güclü nəzarət mexanizmi yaradılmalıdır. Məktəblərdə müxtəlif ştatlar var. Bunu məktəb direktorları çox yaxşı bilirlər. Laborant, texniki işçi, müxtəlif dərs saatları üzrə çalışan yarımştat və tamştat işçilər.

Təəssüflər olsun ki, məktəb direktorları da bu məsələdən xəbərdardırlar və nə baş verirsə, onların birbaşa nəzarəti çərçivəsində həyata keçirilir. Bufeti işlədən adamın, həmin səlahiyyətli şəxsin hansı iş prinsipi ilə işlədiyi, necə işlədiyi və məhsulu haradan aldığı da araşdırılmalıdır. Məhsulun saxlanma şəraiti də yoxlanılmalıdır. Ola bilər ki, bufetləri təchiz edən şirkət qida məhsulları ilə təmin edir. Həmin şirkətin özü də araşdırılmalıdır. Görək, bu şirkət hansı tenderi udub, hansı vasitələrlə həmin məhsulların məktəblərə çatdırılmasını təmin edir. Həmin tenderin qalibi, təchizatçı şirkət və onun fəaliyyəti də araşdırılmalıdır".

"Mən təklif edirəm ki, ən ağır cəza tətbiq olunsun. Burada uşaqların, azyaşlıların taleyi həll olunur. Biz bunu nə vaxta qədər sadəcə cərimə tətbiq etməklə yola verəcəyik? Kütləvi zəhərlənmədən danışırıqsa, bu məsələ nə vaxta qədər kağız üzərində qalacaq?

Bu məsələlər normal şəkildə araşdırılmalıdır. Təchizatçı kimdirsə, həmin şirkətin nümayəndələri çağırılmalı və onlardan soruşulmalıdır: vaxtı keçmiş məhsulun sizin təchiz etdiyiniz məktəb bufetində nə işi var? Həmçinin qida üzrə mütəxəssisin harada olduğu da araşdırılmalıdır. Heç olmasa həftədə bir dəfə məktəblərin bufetlərindəki məhsullara baxış keçirilməli, onların son istifadə müddətinin nə qədər qaldığı yoxlanılmalıdır.

Şirniyyat məhsulları son istifadə müddətinin bitməsinə bir həftə qalmış artıq satışdan çıxarılmalıdır. Amma çox təəssüflər olsun ki, bu gün vəziyyət çox acınacaqlı bir hala gəlib çıxıb", - deyə ekspert sonda qeyd edib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Oktyabr 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri