Icma.az
close
up
RU
Məktəb çantasının doğru seçimi. Mütəxəssislərin tövsiyələri

Məktəb çantasının doğru seçimi. Mütəxəssislərin tövsiyələri

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Yay sona çatır və bu o deməkdir ki, valideynlər üçün çətin günlər başlayıb - uşaqları məktəbə hazırlaşdırmaq lazımdır.

Digər lazım olan ləvazimatlar arasında məktəb çantası xüsusi yer tutur.

Təəssüf ki, müasir məktəblilərin yükü çox ağırdır. Bunu həm həqiqi, həm də məcazi mənada demək olar. Bir tərəfdən məktəb proqramları çox çətindir. Digər tərəfdən əksər müəllimlər çoxlu sayda əlavə vəsaitlərdən (müxtəlif testlər, qiymətləndirmələr, didaktik materiallar və s.) istifadə etməli olur ki, bu da uşaqların məktəb çantalarını çox ağır edir. Ortopedlərin tövsiyələrinə görə, dolu məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 1/10 təşkil etməlidir. Beləliklə, əgər uşağın çəkisi, misal üçün, 25 kq-dırsa, uşağın məktəb çantasının çəkisi 2,5 kq-dan artıq olmamalıdır. Etiraf edək ki, hal hazırda bu heç də belə deyil və bizim uşaqlarımız daha ağır çantaları daşımağa məcbur olur.

Biz, valideynlər, ümid edirik ki, bizim Təhsil Nazirliyimiz bir vaxt bu problemin də həllini tapacaq. Hələ ki isə uşağın sağlamlığını mümkün qədər qorumaq üçün onu heç olmasa yaxşı keyfiyyətli çanta ilə təmin etməliyik.

Beləliklə,  mütəxəssislərin tövsiyələrinə görə, istənilən yaşda olan məktəblilər bir çiyinə taxılan çantalardan istifadə etməməlidir. Bu uşaqlarda skoliozun inkişafına səbəb olacaq. Ən uyğun variant - iki çiyinə taxılan çanta ("rükzak") sayılır.

Saglamolun.az bildirir ki, boş çantanın çəkisi 1 kq-dan artıq olmamalıdır.

Kiçik yaşlı məktəblilərin çantaları sərt olmalıdır (bu xüsusilə uşağın belinə söykənən hissəyə aiddir) ki, çantanın içində olan kitablar və s. uşağın belinə təzyiq etməsin. Yeniyetmələr daha yumşaq çantalardan istifadə edə bilərlər.

İbtidai siniflərdə oxuyan uşaqların çantasının arxası ortopedik olmalıdır - onurğanın formasını təkrarlamalıdır. Bu uşağın qamətini pozmur, əksinə qamətin normal formalaşmasına kömək edir.

Uşağın belinə söykənən hissə sərt olmalıdır, lakin onun üzərində yumşaq qat (adətən qubka, üzərində də toraoxşar material) olmalıdır ki, uşağa daha rahat olsun və uşağın beli tərləməsin.

Təbii ki, çantanın malı yüngül, keyfiyyətli, davamlı və su keçirməyən (neylon və ya poliester) olmalıdır. Çanta çox böyük, enli olmamalıdır.

Kiçik yaşlı uşaq üçün çanta seçdikdə daha parlaq rənglərdə olan çantalara üstünlük verin. Bu uşağın təhlükəsizliyi üçün vacibdir - belə çanta uzaqdan görünür və avtomobil sürücüləri bunu uzaqdan görüb daha diqqətli olacaqlar. Sürücülər üçün ən gözə çarpan  rənglər sarı və narıncı sayılır.

Çantanın keyfiyyətindən, rəngindən və s.-dən əlavə, çantanın uşağın belində düzgün oturmağı da çox vacibdir. Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni olmalıdır. Çantanın yuxarı hissəsi uşağın çiyinləri ilə, aşağı hissəsi uşağın beli ilə eyni səviyyədə olmalıdır.

Çanta uşağın belinə kip "yapışmalıdır". Uşağa çox böyük, enli çanta almayın - bu onun qamətinə mənfi təsir edəcək.

Uşağa məktəb çantası seçdikdə bu qaydalara riayət edin. Bu uşağın sağlamlığının qorunması üçün olduqca vacibdir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri