Ürək üçün nə faydalıdır? Mütəxəssislərin tövsiyələri
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Alimlərin genişmiqyaslı araşdırması göstərib ki, ürək sağlamlığı üçün həlledici amil azkarbohidratlı və ya azyağlı pəhriz yox, qidaların keyfiyyətidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bütün azkarbohidratlı və ya azyağlı pəhrizlərin ürək-damar sistemi üçün eyni dərəcədə faydalı olmadığını bildirir. Əgər qida rasionunda çoxlu emal olunmuş məhsullar, heyvan mənşəli zülallar və yağlar varsa, eyni zamanda tərəvəz, meyvə, tam taxıllı məhsullar, eləcə də faydalı yağlar azdırsa, belə pəhriz formal olaraq az karbohidratlı yaxud “azyağlı” sayılsa belə, ürəyə uzunmüddətli faydası minimal olur.
Ürək sağlamlığı üçün ən vacib amil qidaların keyfiyyətidir. İnsan karbohidratı və ya yağı azaltmasından asılı olmayaraq, bitki mənşəli qidalar, tam taxıllı məhsullar və faydalı yağlara üstünlük vermək ürək-damar sistemi üçün daha yaxşı nəticələrlə əlaqələndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 28 May 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















