Icma.az
close
up
RU
Osteoxondrozdan necə qorunmaq olar? Mütəxəssislərin tövsiyələri

Osteoxondrozdan necə qorunmaq olar? Mütəxəssislərin tövsiyələri

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir şəhər sakinlərinin bir çox hissəsi osteoxondrozdan əziyyət çəkir.

Bir çoxlarımız bu xəstəliyi "duzlaşma" adlandırırıq. Lakin osteoxondrozun duzla heç bir əlaqəsi yoxdur. Osteoxondroz zamanı onurğa sütunu oynaqları və bağları tədriclə dağılır ki, bu da xroniki ağrılara, qamətin pozulmasına, belin hərəkətliliyinin azalmasına, müxtəlif orqan və sistemlərdə pozulmalara səbəb olur. Bu dəyişikliklər orqanizmin qocalması ilə bağlıdır və təbiidir. Lakin əgər əvvəllər belə dəyişikliklər əsasən yaşlı insanlarda müşahidə olunurdu, hal hazırda osteoxondroz cavan insanlarda və hətta uşaqlarda inkişaf edir.

Onurğa sütununda gedən dəyişikliklər geriyədönməzdir, yəni dağılmış oynaqları və bağları bərpa etmək mümkün deyil. Lakin bu prosesi ləngitmək mümkündür.

Həkimlər tez-tez deyir ki, osteoxondrozun profilaktikasına hətta uşaq dünyaya gəlməmişdən əvvəl başlamaq lazımdır. Bu nə deməkdir? Hamiləlik zamanı ana tamdəyərli qidalanmalı, bütün lazım olan vitaminlər, minerallar və s. vacib maddələri qəbul etməli, tez-tez açıq havada olmalı, streslərdən uzaq olmalıdır.

Daha sonra körpəlik vaxtında uşağı iməkləməyə vadar etmək lazımdır. Bu çox vacibdir. Müasir uşaqların əksər hissəsi bu mərhələdən keçmir. Bir çox hallarda bunun taqsırı valideynlərdədir - valideynlər çalışır ki, uşaq daha tez yeriməyə başlasın. Bu çox təhlükəli yanılmadır. Həkimlər uşaqlarda qamətin, onurğanın müxtəlif pozulmalarının səbəbini məhz bunda görürlər. Uşaq mütləq iməkləməlidir - bu əzələlərin möhkəmlənmsəinə kömək edir və daha sonra uşaq yeriməyə başladıqda möhkəm əzələlər onurğa sütunu daha yaxşı saxlaya bilir.

Daha böyük yaşlarda uşağa hərəkət etmək üçün (qaçmaq, hoppanmaq və s.) şərait yaratmaq lazımdır. Uşaq tez-tez açıq havada olmalı, hərəkətli olmalıdır.

Məktəb dövründə bir çox uşaqların sağlamlığında pozulmalar yaranmağa başlayır. Bu pozulmaların arasında qamətin pozulması, skolioz və s. Bu pozulmaları vaxtında aşkar etmək və müalicə etmək lazımdır. Uşağı əlavə dil, şahmat, rəsm və s. dərnəklərinə yox, rəqsə, idmana yazdırmaq lazımdır. Bu onun gələcək sağlamlığı üçün çox önəmlidir.

Böyük yaşlarda osteoxondrozun profilaktikası üçün hərəkətli olmaq, daim bədən tərbiyəsi, idmanla məşğul olmaq lazımdır. Sizin işiniz uzun müddət ərzində eyni pozada oturmaqla (ofis işçiləri, kompüter dizaynerləri, mühasiblər və s.) və ya ayaq üstə  dayanmaqla (satıcı, bərbər və s.) bağlıdırsa, bu xüsusilə vacibdir. Eyni pozada uzun müddət ərzində qalan insanda onurğaya olan gərginlik artır və bu da osteoxondrozun inkişafına səbəb olur. Hər 30 dəqiqədən bir pozanı dəyişin (bir qədər gəzişin, sadə idman hərəkətləri edin və s.). Düz oturmağa çalışın, beliniz düz olmalıdır, əyilməməlidir.

Düzgün qidalanma da çox önəmlidir. Piylənmə və həmçinin müxtəlif pəhrizlərə alüdəçilik  osteoxondrozun riskini artırır.

Ağır fiziki gərginliklər, ağır əşyaların qaldırılması və daşınması da onurğanın sağlamlığına ciddi ziyan vurur.

Düz səthdə yatın, yastığınız kiçik olmalıdır (təxminən çiyniniz qalınlığında) və boyunuzu yaxşı saxlamalıdır (boynunuz yuxu zamanı əyilməməlidir).

Üzgüçülük osteoxondrozun ən yaxşı profilaktikasıdır. Üzgüçülük əzələlərin gərginliyini azaldır, qamətin yaxşılaşmasına kömək edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri