Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır Deputat
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bəzi universitetlərdə müəllimlərin əməkhaqqı orta məktəb müəllimlərinin məvacibindən aşağıdır və bu fərq bəzən iki dəfəyə çatır. Bu məsələyə yenidən baxılmasına ehtiyac var.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin üç komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təhsil sahəsində həllini gözləyən əsas məsələlərdən biri ali təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı ilə bağlıdır.
O qeyd edib ki, bəzi universitetlərdə müəllimlərin maaşı orta məktəb müəllimlərinin məvacibindən iki dəfəyədək aşağıdır və bu fərqin aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır.
C.Məmmədov müəllimlərin sertifikasiyası və əməkhaqlarının artırılması məsələsinə də toxunub. O bildirib ki, sertifikasiyadan keçən müəllimlərin maaşlarının artırılması mühüm addımdır.
Bununla belə, deputat sertifikasiya nəticələrinə əsasən tətbiq olunan 10 və 35 nisbətinə yenidən baxılmasını təklif edib.
"Bu nisbətin ən azı 10, 25, 35 olmasını təklif edirəm", - deyə o bildirib.
Deputat sertifikasiya prosesindən hələ keçməyən müəllimlərin əməkhaqqı məsələsinin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, sertifikasiya ümumilikdə uzunmüddətli prosesdir və hazırda bu mərhələdən keçməyən kifayət qədər müəllim var.
C.Məmmədov hesab edir ki, həmin müəllimlərin əməkhaqlarının az da olsa artırılması onlara böyük dəstək olardı.
Deputat elm sahəsində çalışanların, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının maaşlarının artırılması məsələsinə də diqqət çəkib.
O, bu sahədə çalışanların əməkhaqlarının az da olsa artırılmasına ehtiyac olduğunu bildirib və ən azı elmi dərəcələrə görə ödənilən məbləğlərin yüksəldilməsini təklif edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:67
Bu xəbər 13 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















