Icma.az
close
up
RU
Məktəb yoldaşından ilhamlanıb qızıl medalçı OLDU

Məktəb yoldaşından ilhamlanıb qızıl medalçı OLDU

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Respublika fənn olimpiadalarının (RFO) qaliblərindən biri  də Beyləqan rayon Əli Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Aytəkin İsmayıllıdır.

Redaktor.az xəbər verir ki,  “Azərbaycan müəllimi”nin qonağı olan olimpiadaçı 2025–2026-cı tədris ilində Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanaraq məktəbinin uğurları sırasına daha bir nailiyyət əlavə edib.

Aytəkinin sözlərinə görə, olimpiadaya qatılmağa onu müəllimi, eyni zamanda məktəbdəki əvvəlki uğurlu nəticələr həvəsləndirib. Xüsusilə məktəbin məzunu Fidan Qasımlının qazandığı 2 qızıl və 1 gümüş medal ona daha da motivasiya verib. Bu uğurlar və müəlliminin dəstəyi onda özünü sınamaq və qalib olmaq istəyi yaradıb.

Olimpiadaya hazırlıq prosesində Aytəkinə ən böyük dəstəyi Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Namazova verib. Şagird qeyd edir ki, müəllimi ilə münasibətləri yalnız dərslə məhdudlaşmayıb, onlar bu yolda bir-birinə dost kimi dəstək olublar. Məktəb rəhbərliyi və ailəsinin diqqət və qayğısı da onun motivasiyasını artıran əsas amillərdən biri olub.

Aytəkin uğur qazanacağına əvvəldən inandığını desə də, əsas hədəfinin qızıl medal olduğunu vurğulayır. Bəzən tərəddüd yaşamasına baxmayaraq, heç vaxt mübarizədən geri çəkilmədiyini bildirir. Hesab edir ki, bu inamın formalaşmasında müəlliminin, ailəsinin və məktəb rəhbərliyinin böyük rolu olub.

Bu, Aytəkinin ilk uğuru deyil. O, ötən tədris ilində də Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanıb. Bundan başqa, müxtəlif məktəblərarası yarışlarda fəal iştirak edib. Gənc olimpiadaçı gələcəkdə də bilik yarışlarında iştirak etmək niyyətindədir.

Aytəkinin ən böyük arzusu müəllim olmaqdır. O, Azərbaycan dilini və ədəbiyyatını insanlara sevdirərək vətəninə və xalqına faydalı bir vətəndaş olmaq istədiyini deyir.

Sonda Aytəkin ona daim dəstək olan müəlliminə, məktəb rəhbərliyinə və ailəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, ən çətin anlarında belə onların yanında olması uğur qazanmasına böyük təsir göstərib.

Qeyd edək ki, Beyləqan rayon Əli Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Fidan Qasımlı 2020–2021-ci tədris illərində Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medal qazanaraq Beyləqan rayonu üzrə ilk belə uğura imza atıb. Hazırda o, Qarabağ Universitetinin tələbəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 May 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri