Icma.az
close
up
RU
Məktəbdə bəzək əşyalarına məhdudiyyət təhlükəsizlik baxımından əsaslıdır Ekspert

Məktəbdə bəzək əşyalarına məhdudiyyət təhlükəsizlik baxımından əsaslıdır Ekspert

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məqsəd qadağa deyil, məktəbdə təhlükəsizlik və nizamı qorumaqdır”

Məktəblərdə qız şagirdlərin sırğa taxmasına qadağa qoyulması xəbəri rəsmi təsdiqini tapmayıb. Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib.

Agentlik direktoru bu məsələnin araşdırılacağını deyib. Lakin bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında qeyd etdi ki, məktəblərdə bəzək əşyaları və xarici görünüşlə bağlı qaydalar təhsil müəssisələrinin daxili intizamı, şagirdlərin təhlükəsizliyi və məktəb mühitinin bərabərliyi baxımından hər zaman müzakirə olunan vacib mövzulardandır. Bu məsələyə tam qadağa və ya tam sərbəstlik prizmasından deyil, funksionallıq və təhlükəsizlik baxımından yanaşmaq daha doğru olar: 



- Təhlükəsizlik amili hazırda ön plandadır, xüsusilə ibtidai siniflərdə. Həmçinin şagird uzun, sallanan sırğa taxırsa fiziki tərbiyə dərslərində , aktiv oyunlar zamanı geyimə, idman avadanlıqlarına ilişə bilər və şagird xəsarət ala bilər. Bu baxımdan məktəb mühitində şagirdlərin fiziki təhlükəsizliyinin qorunması üçün müəyyən məhdudiyyətlərin qoyulması əsaslıdır. Digər tərəfdən məktəb sosial bərabərlik mühitidir. Şagirdlər arasında geyim, bəzək əşyaları baxımından fərqliliklər psixoloji rəqabət yaradır və diqqəti dərs prosesindən yayındırır. Bu amillərin minimuma endirilməsi üçün vahid məktəbli formasının və sadə xarici görünüş standartlarının tətbiqi pedaqoji baxımdan özünü doğruldan yanaşmadır. Qanunvericilikdə qız şagirdlər sırğa taxmamalıdır, kimi konkret bir qadağa yoxdur, amma pedaqoji baxımdan əsaslıdır. Bu məsələ çərçivələnmiş daxili intizam qaydaları ilə tənzimlənməlidir, kəskin qeyri-mütənasib qadağalar lazım deyil. Daxili qərarlarla məhz təhlükəsizlik nöqteyi-nəzərindən bəzək əşyalarının ölçüsü, forması ilə bağlı bəzi məhdudiyyət qoyula bilər. Burada məqsəd tədris mühitində təhlükəsizliyi, intizamı, konsentrasiyanı təmin etmək olmalıdır. Məktəb rəhbərliyi bu məsələdə valideynlərlə, şagirdlərlə açıq söhbət aparsalar anlayışla qarşılanacaq, heç bir problem yaşanmayacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri