Icma.az
close
up
RU
Məktəbdə zorakılığa məruz qalan uşaq necə reaksiya verməlidir? Psixoloq valideynlərə tövsiyələr verdi

Məktəbdə zorakılığa məruz qalan uşaq necə reaksiya verməlidir? Psixoloq valideynlərə tövsiyələr verdi

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Valideynlər övladlarına məktəbdə zorakılığa məruz qaldıqlarını yaxınlarına çəkinmədən söyləməyi öyrətməlidirlər. Böyüklər uşaqlara dəstək olmalı və onlara məsləhət verməlidirlər".

Redaktor.az xəbər verir ki, bunu psixoloq Larisa Ovçarenko "gazeta.ru"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu barədə böyüklərlə danışmalıyıq.

"Bunu yeniyetmələrə izah etmək xüsusilə çətin olacaq, çünki onlar düşünürlər ki, səni itələyən, adlarını çəkən, ələ salan biri haqqında danışmaq ayıbdır. Valideynə onu incitdiklərini söyləmək zəiflik deməkdir. Orta məktəb şagirdi düşünəcək ki, o, nəzəri olaraq böyükdür və  tək başına bu məsələ ilə məşğul ola bilər. Ancaq bu barədə onun valideynlərinə məlumat verməsi ayıb deyil. Təbii ki, uşağın anası və ya atası  məktəbə gəlib günahkar olan birini narahat etməli deyil, onlar uşağın bu vəziyyətdən necə çıxacağını birlikdə müzkairə etməlidirlər".

Ovçarenkonun sözlərinə görə, valideynlərinin onlara qarşı gələcəyindən qorxan utancaq uşaqlar çox vaxt zorakılığın qurbanına çevrilirlər.

“Yaxşı inkişaf etmiş kommunikasiya şəbəkəsi olmayan uşaqlar tez-tez zorakılığa məruz qalırlar. Uşaqlar nöropsikiyatrik və şəxsi xüsusiyyətlərinə görə utancaq, şübhəli olur və özlərini müdafiə etməkdə çətinlik çəkirlər. Ona görə də belə uşaqlar onlara qarşı çoxlu aqressiv hücumlarla qarşılaşdıqda tənhalaşırlar. Bu səbəbdən biz uşaqlara deyirik ki, problemlərinizi deyə biləcəyiniz birini tapın. Ən azından sinif müəllimi, məktəb psixoloqu uşağın etibar edə biləcə biri ola bilər. Belə uşaqlar hiss edirlər ki, onlara heç kim inanmayacaq, onlar üçün heç kim mübarizə aparmayacaq. Ancaq uşağa başa salmaq lazımdır ki, ona b cür vəziyyətlərdə kömək mütləq olacaq".

Psixoloq əlavə edib ki, uşağa hücum edən şəxslə əlaqəni kəsib, ona qarşı mübarizə aparmağı öyrətmək lazımdır:

“Valideynlər övladlarına necə reaksiya verməyi və aqressiyadan çəkinməyi öyrətməlidirlər. Əgər qurban kimi təyin olunan şəxs öz qorxusunu göstərsə, təcavüzkar bu fəaliyyətə daha çox cəlb olunacaq, çünki istədiyini əldə edəcək. Biz uşağa özünü şifahi şəkildə müdafiə etməyi öyrətməliyik. Bu zaman zorbalıq edən şəxs onunla getdikcə daha az ünsiyyətdə olmaq istəyəcək. Biz mütləq bura böyükləri də məsələyə cəlb etməliyik. Əgər bu, həqiqətən də zorakılıqdırsa, uşaq özü bununla məşğul ola bilməyəcək. Valideynlər oğlanlara və qızlara qarşı necə mübarizə aparmağın daha təhlükəsiz olduğunu uşaqlarına izah etməlidirlər. Bu vasitə ilə uşağa özünü necə güclü hiss etməyi öyrədə bilərlər. Bu halda uşaqlar da öz aqressiv münasibətlərini kimə göstərə biləcəklərini dərk edəcəklər".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri