Icma.az
close
up
RU
Məktəbə hücumun, müəllimi təhdid etməyin bəhanəsi ola bilməz! AÇIQLAMA

Məktəbə hücumun, müəllimi təhdid etməyin bəhanəsi ola bilməz! AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr bu məsələnin təkcə geyimlə deyil, həm də sosial bərabərlik, təhsil mədəniyyəti və milli həmrəylik baxımından əhəmiyyətini bir daha gündəmə gətirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli səsləndirdi. 

O vurğuladı ki, vahid məktəbli forması sosial fərqlərin zahiri nümayişini azaldır, şagirdlərin ailələrinin maddi imkanlarından asılı olmayaraq özlərini kollektivin bərabərhüquqlu üzvü kimi hiss etmələrinə kömək edir:

"Məktəbdə əsas meyar geyim və maddi imkanlar deyil, bilik, bacarıq, intizam və mənəvi dəyərlər olmalıdır. Eyni zamanda, vahid məktəbli forması şagirdlərdə nizam-intizamı, kollektiv məsuliyyəti və məktəbə mənsubiyyət hissini gücləndirərək milli həmrəyliyə xidmət edə bilər. Bu addım gələcək nəslin sosial məsuliyyətli, vətənpərvər və bir-birinə hörmətlə yanaşan vətəndaşlar kimi yetişməsinə töhfə verir. Bununla belə, geyim qaydaları ətrafında yaranan mübahisələr dini etiqad və vicdan azadlığına hörmət prinsipini arxa plana keçirməməlidir. Dini etiqad və inanc məsələləri qanunvericiliyin tələbləri və uşaqların təhsil hüququ nəzərə alınmaqla, hüquqi və sivil müstəvidə həll edilməlidir. Hər hansı qayda ilə bağlı narazılıq məktəblərə hücuma, əmlakın dağıdılmasına, müəllimlərin təhqir və təhdid edilməsinə bəraət qazandıra bilməz".

Müsahibimiz vurğuladı ki, məktəb mübahisə və zorakılıq meydanı deyil, bilik, tərbiyə və gələcəyin formalaşdığı mühüm təhsil məkanıdır:

"Belə halların qarşısı dərhal alınmalıdır. İlk növbədə, şagirdlərin təhlükəsizliyi, müəllimlərin hüquqları və tədris prosesinin davamlılığı qorunmalıdır. Qorxu mühiti uşaqların diqqətini və öyrənmə həvəsini zəiflədə, təhsilə və cəmiyyətin gələcəyinə zərər vura bilər. Unutmamalıyıq ki, milli həmrəylik fərqliliklərə hörmət, qanunlara riayət və ümumi məqsədlər ətrafında birləşmək deməkdir. Vahid məktəbli formasının tətbiqi məhz bu prinsiplərə, bərabər imkanların təmin edilməsinə və sağlam təhsil mühitinin yaradılmasına xidmət etməlidir. Güclü dövlətin təməli savadlı və bərabər imkanlara malik gənc nəsildir".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri