Icma.az
close
up
RU
Cavid müəllimi məktəbə qaytarın!

Cavid müəllimi məktəbə qaytarın!

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lalə Mehralı

Oğlanların müəllim olmaq istəyi son illər gündə bir dona girən təhsilin başımıza hördüyü corabın qaçmış ilməyidir. Bu gənclərin sayəsində məktəbdə kişi müəllimlərin sayının artmasına ümid edirik, amma imkan versələr. Kişi müəllimi məktəbə qazandırmaq üçün yollar axtaracağına, onları məktəbdən uzaqlaşdırmağın yolarını arayır bəzi qüvvələr.

Azərbaycanda müəllimlərin ümumi sayının yalnız 15 faizi kişi müəllimlərdir, təsəvvür edirsiniz? 15 faizin də 70 faizi idman və hərbi təlim müəllimləridir. Bu o deməıkdir ki, fənn müəllimləri arasında kişi müəllim barmaqla sayılacaq qədər azdır. Bu boyda ölkədə 150 mindən çox müəllimin 21 mini kişi müəllimlərdir. Hələ 10-15 il əvvələdək məktəblərdə pedoqoji heyətin yarısı kişi müəllimlərdən ibarət idi. Amma indi hətta idman və hərbi hazırlıq dərslərinin də qadın müəllimlər tərəfindən tədris edildiyini görürük.

Bir neçə gün öncə Cavid müəllimin başına gətirilənləri izlədim ürək ağrısı ilə, onu şərləyənə, şagirdini döydüyü barədə iddialar gündəmə gələnə kimi tanımırdım. İndi tanıyıram. Ədəbli, ziyalı, mədəni müəllimdir, görüntülərini, müsahibəsini izlədim, şagirdlərinin, valideynlərin onun haqqında xoş sözlərini dinlədim. Bir babanın hikkəsinin, bir uşağın yalanının qurbanı oldu Cavid müəllim. Onlarla digər şagirdin, valideynin, müəllim yoldaşlarının dediyini diqqətə almayan təhsil şöbəsi onun müqaviləsinə xitam vermək üçün fürsət gözləyirmiş, araşdırmadan, işin əslini öyrənmədən dərhal işindən uzaqlaşdırdılar müəllimi.

Bu baş verənlər mənə İbrahim müəllimin başına gətirilənləri xatırlatdı. 60 dil bilən, Azərbaycan təhsil sisteminin qüruru olmalı olduğu halda məktəbdə başına olmazın oyunlar gətirilən poliqlot İbrahim Cəfərovu nəzərdə tuturam. Onu da Cavid müəllim kmi uşağı döyməkdə ittiham etdilər, o da döymədiyini sübut edə bilmədi, məktəbdən uzaqlaşdırıldı. İbrahim müəllim ondan sonra təhsil sistemindən, peşəsindən uzaqlaşdı. Milli təhsil sistemimizin göz bəbəyi olmalı olan müəllim bir direktorun şərinə qurban edildi.

Məktəblərdə kişi müəllimlərin azlığını həmişə müzakirə edirik, lakin nə müvafiq nazirlik, nə də ictimaiyyət bunu ciddi problem kimi qəbul etmir. Müəllim olmaq həvəsində olan oğlanların çoxu universiteti bitirdikdən sonra öz peşəsi üzrə yox, fərqli sahədə iş tapır. Səbəbini hərəsi bir cür izah edir, kimisi işə qəbul şərtlərinə qane olmur, kimisi maaş azlığı səbəbindən oxuduğu sahəyə gedə bilmir, kimisi də bax bu cür hadidələri görüb iyrənir peşəsindən.

Bütün fənləri qadın müəllimlərin tədris etməsi oğlan uşaqlarının psixologiyasına ciddi təsir edir. İndi sosial-iqtisadi problemlərə görə atalar daha çox işləyir və uşaqlarına daha az vaxt ayıra bilir. Bu səbəbdən də oğlan uşaqları məktəblərdə kişi müəllimlərlə ünsiyyətdə olmalı, o boşluğu doldurmalıdır. Xüsusilə, oğlan uşaqların təlim-tərbiyəsində kişi müəllimlərinin inkar edə bilməyəcəyimiz qədər böyük rolu var. Onların həyata baxışı, kişi tərbiyəsi verməsi, kişilik aşılaması, yeniyetməlik, keçid dövründə kişi müəllimdən məsləhətlər almaq oğlan övladlarımız üçün əvəzedilməz bir tərbiyə üsuludur.

Qadın müəllimlərin çoxluğu oğlan uşaqlarının xarakterinə təsirsiz ötüşmür. Kiçik bir analiz etsək görərik ki yeniyetmə oğlanların əksəriyyətində qadına xas davranış və danışıq formalaşır. Çünki uşaqların xarakteri əsasən məktəblərdə formalaşır. Ona görə də pedaqoji sahədə kişi müəllimlərinin sayının artırılması vacibdir.

Əsla qadın müəllimlərinin əməyini, zəhmətini danmıram, övladlarımızın ikinci anası onun qadın müəllimləridir, buna baxmayaraq qadınlarla yanaşı kişi müəllimlərin də təlim-tərbiyəsinə, tədrisinə olduqca böyük ehtiyac var. Oğlanların nizam-intizamı, ümumiyyətlə, bir fərd kimi, kişi olaraq yetişdirilməsində kişi müəllimlərin rolu əvəzedilməzdir. Hazırkı dövrdə də bu balansın bərabərləşməsi, qorunması vacibdir.

Niyə hazırkı dövr deyirəm? Çünki indi hər vəchlə kişilik xarakterini məhv etməyə çalışırlar. Ədalı, nazlı, qadın jestləri edən oğlan uşaqlarını hamımız görürük, həm real həyatda, həm də sosial şəbəkələrdə. Hər gün daha bir cinsi naməlum peyda olur, qız kimi davranan oğlanların sayı hər gün artır. Kişilik müasir dünya üçün təhlükəli sayılır zənnimcə, ona görə o xarakteri məhv etmək uğrunda bu qədər böyük oyunlar gedir, ikicinslilərin, transgenderlərin, cinsi naməlumların meydanı böyüdülür.

Kişi müəllimlərin üzərində böyük maxinasiyalar qurulur, məktəblərdə görmək istəmirlər onları. Çünki onlar intriqaya alət olmurlar, küyə getmirlər. Onsuz da sayı barmaqla sayılacaq qədərdir kişi müəllimlər, onları da küsdürün, uzaqlaşdırın, döndərin məktəbləri arvad hamamına. Amma sonra oğlan uşaqlarının qadın xarakterində böyüməsindən, tik-tokda makiyaj videoları çəkmələrindən, cinsini dəyişdirmək istəmələrindən narahat olduğunuzu deməyin.

Ehh, onsuz da narahat olmurlar, olanlar da bir ovuc insandır. Mən, sən, o və bir neçə insan...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri