Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Məktəbəhazırlıq qrupları: təhsildə ilk addım üçün vacib zəmin

Məktəbəhazırlıq qrupları: təhsildə ilk addım üçün vacib zəmin

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, iyulun 8-dən etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilib. Valideynlər 8 iyul saat 13:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi 9 iyul saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 10 iyul saat 13:00-da başlayacaq.

Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 12 sentyabr 2025-ci ilədək davam edəcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Uşağın şəxsiyyət kimi formalaşmasında ciddi əhəmiyyətə malik olan məktəbəqədər təhsil məktəbə qədəm qoyacaq balacaların əvvəlcədən hazırlanması üçün vacibdir. Bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışır ki, balacalar məktəbdə müvəffəqiyyətlə oxusunlar. 2016-cı ildən başlayaraq ölkədə dövlət ümumtəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Təcrübə göstərir ki, məktəbə hazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zaman məktəbə, kollektivə daha tez alışır, ətraf mühiti dərk etməkdə, diqqət və yaddaşın formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamamlanmış uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Elm və Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir.

Məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik (öyrədici) oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın oyuna olan marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Məktəbəhazırlıq qruplarında işin təşkili metodikasının əsasını təşkil edən oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur. Məktəb təliminə hazırlıq uşağın fiziki, intellektual, emosional-iradi, şəxsi və sosial inkişafından asılıdır. Qeyd olunanlar məktəbə hazırlığın müxtəlif növləri deyil, onun fəaliyyət formalarının fərqli təzahürləridir. Məktəbə getməyə hazırlaşan uşağın anatomik-fizioloji inkişafına diqqət yetirilməlidir. Fiziki inkişafın ləngiməsi uşağın əqli fəaliyyətinə mənfi təsir göstərir. Fiziki cəhətdən zəif olan uşaq təlim prosesində tez yorulur, onun təlimə həvəsi azalır. Adətən, belə uşaqların əhali-ruhiyyəsi aşağı olur, onlar hərəkətli oyunlara laqeydlik göstərirlər. Beşyaşlılarda skeletin sümükləşməsi, böyüməsi, daxili üzvlərin və sistemlərin, bütövlükdə orqanizmin inkişafı hələ davam edir. Odur ki, məktəbəhazırlıq qruplarında fiziki hərəkətlərə, fəal oyunlara xüsusi diqqət yetirilməlidir.

Məktəbəhazırlıq yaşı dövründə uşaqlarda barmaqlarda buğumlar hələ sümükləşməmiş olduğundan onlar üçün xırda və dəqiqlik tələb edən fəaliyyətlərin icrası çətin olur. Həmçinin yazı yazmaq onlar üçün olduqca çətin, hətta qələmi əldə tutaraq nəsə yazmaq ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik tələb etməyən, hətta müəyyən güc tələb edən işləri uşaqlar daha asan yerinə yetirirlər. Bu səbəbdən məktəbəhazırlıq dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta partanın sinifdə yerini dəyişə bilərlər, lakin hərf və rəqəm yazılışı onlar üçün olduqca çətindir. Uşaqlar bu çətin prosesə hazırlıqsız məcbur edilərsə, onlarda yazı ilə bağlı stress və narahatlıq assosiasiyası yaranar, yazmağa və ümumilikdə təlim prosesinə mənfi münasibət formalaşar. Qeyd olunan problemin qarşısını almaq üçün məktəbəhazırlıq dövründə uşaqların xırda motorikasının inkişafı məqsədilə müəyyən məşqlər edilməli və hazırlıq prosesi keçməmiş uşaqlara hərf, rəqəm və sair yazdırmağa yol verilməməlidir. Məktəbəqədər yaşlı uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu zaman uşaq öz hafizəsini idarə edərək, bir əşyadan, məsələn, şəkildən, digər əşyanın əvəzedicisi kimi istifadə etməyi bacarır. Bu xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir və təfəkkürün simvolik funksiyasını inkişaf etdirir. Məktəbəqədər dövr ərzində təfəkkür iki istiqamətdə inkişaf edir: əyani-əməli və əyani-obrazlı. Əyani-əməli təfəkkür məktəbəhazırlıq dönəmində üstünlük təşkil edir. Uşaqlar əyani formada fikirlərini ifadə edirlər, kiçik məktəbli yaş dövründə əyani-əməli növdən əyani-obrazlı təfəkkürə keçid baş verir. Yəni uşaq artıq fikirlərini sözlərlə ifadə etməyi öyrənir. Məktəbəhazırlıq dövründə bu prosesə keçidin daha rahat olması üçün müəyyən işlər görülməlidir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məktəbəhazırlıq qrupların yaradılmasında məqsəd uşaqların məktəbə uyğunlaşmasında problemlərin aradan qaldırılmasıdır: "Hər bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti övladlarını bağçaya getməyə qoymadıqları, ev şəraitində, dayə və nənə-baba himayəsində saxladıqları üçün belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlərə səbəb olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər daha çox özünü büruzə verir. Belə uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqların məktəbə uyğunlaşması üçün belə bir təlimat verildi ki, ölkədə məktəbəhazırlıq qrupları yaradılsın və həmin uşaqlar şagird adını almamışdan öncə məktəb mühitinə öyrəşsinlər".

Ekspertin dediyinə görə, məktəbə hazırlıq qruplarının müsbət tərəfləri uşaqların məktəbə tam hazırlıq vəziyyətə gətirilməsi, kollektiv mühitdə davranışa, ünsiyyətə malik olmasıdır: "Belə ki, həm bağça təhsili görən, həm də evdə dayə, nənə-baba və ya valideyn himayəsində olan uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə davranışına, həm də ünsiyyətin formalaşmasına gətirib çıxarır".

K.Əsədov vurğulayıb ki, məktəbəhazırlıq qruplarının sayının artırılmasına ehtiyac var: "Bir çox hallarda valideynlər uşaqlarını evlərinə yaxın ərazidə yerləşən orta məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna yönəldir ki, övladı birinci sinfə gedəndə təhsilini də həmin məktəbdə və müəllimədə davam etdirsin. Lakin birinci sinfə qəbul üçün həyata keçirilən elektron qeydiyyat zamanı valideynlərin bu istəyi bəzi hallarda yerinə yetirilmir. Yaxın ərazidə yerləşən məktəblərdə I sinfə qəbul tələbatdan artıq olduğundan bir çox hallarda valideynlər çıxılmaz vəziyyətdə qalırlar. Belə olan halda, valideynlər evlərindən daha uzaq məsafədə yerləşən məktəblərə üz tutmalı olurlar".

Ekspert əlavə edib ki, əlavə qruplar açıldığı zaman bir qrupda təhsil alacaq uşaqların sayına diqqət etmək önəmlidir: "Bəzən bizdə bir qrupda 30-dan çox şagird təhsil alır. Bu, gərəkli deyil. Uşaqların sayı 30-35-dən çox olan qrupları iki yerə bölmək mümkündür. Burada saya deyil, keyfiyyətə diqqət etmək lazımdır. Bu gün məktəblərimizdə bunun üçün hər bir şərait var. Bu məsələnin həlli həm məktəblərdə yerin olmamasından narazı qalan valideynlərə, həm də təhsilin keyfiyyətinin daha da artırılmasına kömək edə bilər".

Məktəbəqədər təhsil xüsusi təşkil olunmuş təhsil müəssisələrində, eləcə də ailə daxilində həyata keçirilən və məktəbəqədər uşaqların tərbiyəsi, təlimi, inkişafının məqsədyönlü, çoxşaxəli, funksional vahid prosesini təmin edən sistemdir.

Aparılan araşdırmalara əsasən, məktəbəqədər təhsilə qoyulan investisiya üzrə geri dönüş digər təhsil pillələrində daha çoxdur (7-10 qat). Digər tərəfdən, məlumdur ki, bir ildən çox məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 faiz daha yaxşı nəticə göstərirlər.

Bu mənada məktəbəqədər təhsil ölkəmiz, bütövlükdə təhsil sistemimiz üçün prioritet sahədir. Ölkədə 5 yaşlı uşaqların çox hissəsi məktəbəhazırlıq qruplarına cəlb olunub. Elm və Təhsil Nazirliyi qarşısında duran əsas strateji hədəf isə 2026-cı ilə bu rəqəmin artmasına nail olmaqdır. Bu mənada dünya reallıqları və müasir çağırışlar nəzərə alınmaqla, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi məqsədilə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri