Icma.az
close
up
RU
Məktəbəhazırlıq qruplarının və 1ci siniflərin yerdəyişmə prosesinə start verilir

Məktəbəhazırlıq qruplarının və 1ci siniflərin yerdəyişmə prosesinə start verilir

Noyabrın 25-i saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-nə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 1-dən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 min sorğu uğurla yekunlaşıb və təsdiq edilib.

seeBaxış sayı:35
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri