Icma.az
close
up
RU
Məktəblər onlayn rejimə keçdi, yollar nəfəs aldı AÇIQLAMA

Məktəblər onlayn rejimə keçdi, yollar nəfəs aldı AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakıda keçirilən beynəlxalq tədbirlərə görə bəzi təhsil müəssisələri distant (məsafədən) təhsilə keçib. Bu addım şəhər nəqliyyatına dərhal təsir edib. Son günlər paytaxt küçələrində tıxaclar xeyli azalıb, hərəkət rahatlaşıb. Yaranan mənzərə təhsil müəssisələrinin iş rejiminin şəhərdəki sıxlığa necə təsir etdiyini növbəti dəfə sübut edib.
Bakıda nəqliyyat infrastrukturunun yüklənməsi xüsusilə səhər və axşam saatlarında pik həddə çatır. Minlərlə şəxsi avtomobilin eyni vaxtda yola çıxması, məktəblərin qarşısında yaranan nizamsız parklanma hərəkəti tamamilə iflic edir. Mövcud mənzərə göstərir ki, təhsil səbəbindən yaranan gündəlik hərəkət şəhərin yol-nəqliyyat sisteminin gərginlik səbəblərindən biridir. Distant rejim bu gərginliyi müvəqqəti aradan qaldırsa da, problemin köklü həlli üçün yaşayış yeri üzrə təhsilə keçid mütləq xarakter daşıyır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar paytaxtın bir sıra rayonlarında yerləşən təhsil müəssisələrində tədris forması dəyişdirilib:
"İbtidai siniflər üçün nəzərdə tutulan tətil dövrünə görə şagirdlər hazırda istirahətdədirlər, digər siniflərdə isə dərslər distant formada keçirilir. Nəticədə şəhərdə tıxacın və insan sıxlığının əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur. Ayın 18-dən etibarən artıq dörd gündür ki, paytaxtda nəzərəçarpacaq seyrəklik hiss edilir və avtomobil nəqliyyatında əvvəlki günlərlə müqayisədə ciddi sıxlıq müşahidə olunmur.
Bu vəziyyət həm universitetlərdə dərslərin distant formada təşkili, həm də məktəblərdə şagird və valideyn hərəkətliliyinin azalması ilə bağlıdır. Sıxlığın əsas səbəblərindən biri isə valideynlərin övladlarını yaşadıqları ərazi üzrə deyil, şəhərin digər hissələrində yerləşən məktəblərdə oxutmağa üstünlük vermələridir. Bunun səbəbi uzaq məktəblərdə çalışan müəllimlərin daha keyfiyyətli olması ilə bağlı formalaşmış təsəvvür və cəmiyyətdə mövcud olan təqlid meylidir. Hər hansı lisey və ya məktəbin nüfuzlu hesab edilməsi digər valideynlərdə də övladlarını həmin təhsil müəssisəsinə yönləndirmək istəyi yaradır. Bu isə nəticədə şəhərdə nəqliyyat sıxlığının daha da artmasına səbəb olur".
Ekspert deyib ki, artıq Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qeydiyyat prosesində müəyyən meyarlar tətbiq edib ki, şagirdlərin əsasən yaşadıqları ərazi üzrə məktəblərə qəbul olunması təmin edilsin:
"Çünki ən əlçatan və səmərəli məktəb, ilk növbədə, yaşayış yerinə yaxın olan məktəb hesab edilir. Hazırda 1-ci siniflərə qəbul prosesi davam etdiyi üçün valideynlərin yaxınlıqdakı məktəblərə üstünlük verməsi məqsədəuyğun sayılır. Başqa ərazidə yerləşən məktəbin seçilməsi zamanı isə müəyyən şərtlər tələb olunur. Belə ki, uşağın valideynlərindən biri və ya nənə-babası həmin ərazidə işləməli, yaxud ailənin digər övladı artıq həmin məktəbdə təhsil almalıdır. Bu tələblər olmadıqda uzaq məktəblərə edilən müraciətlər sistem tərəfindən qəbul edilmir. Buna görə də valideynlərə tövsiyə olunur ki, qeydiyyat zamanı yaşadıqları əraziyə yaxın olan məktəbləri seçsinlər”, - deyə o qeyd edib.
Təhsil müəssisələrində dərslərin distant formaya keçirilməsi fonunda yollarda yaranan rahatlıq paytaxtın nəqliyyat siyasətinə yenidən baxmağı tələb edir. Bu təcrübə gələcəkdə pik günlərdə və ya müəyyən mövsümlərdə bəzi təhsil pillələrində onlayn rejimdən alternativ çıxış yolu kimi istifadə edilməsinin effektivliyini ortaya qoyur.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant formada keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunub.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri