Icma.az
close
up
RU
Azərbaycanda məktəblər pullu olacaq? AÇIQLAMA

Azərbaycanda məktəblər pullu olacaq? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda məktəblərin publik hüquqi şəxsə çevrilməsi prosesinə başlanılacaq. Nazir sözlərinə görə, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir.

Məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. 

Maraqlıdır, bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində hansı dəyişikliklərə gətirib çıxaracaq? Bunu qarışıq ödənişli təhsilə keçid kimi qiymətləndirə bilərikmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda məktəblərin publik hüquqi şəxs (PHŞ) statusu alması ilə bağlı qərar son illər təhsil sahəsində həyata keçirilən institusional islahatların davamı kimi qiymətləndirilməlidir. 

Onun sözlərin görə, bu islahatın mahiyyəti məktəblərin dövlətin mərkəzləşdirilmiş idarəetmə sistemindən çıxarılaraq hüquqi və maliyyə müstəqilliyinə malik təşkilatlara çevrilməsini nəzərdə tutur. Bu, yalnız texniki dəyişiklik deyil, həm də məktəblərin idarə olunması, maliyyələşməsi və təhsil siyasətinin həyata keçirilməsində yeni yanaşmaların tətbiqi deməkdir.

Ekspert nəzərə çatdırıb ki, hazırda məktəblər Təhsil Nazirliyinin struktur bölməsi olan Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərirlər. Bu idarəetmə modeli daha çox inzibati nəzarətə əsaslandığı üçün çevik qərarvermə və fərdi təşəbbüslərin məhdudluğu ilə xarakterizə olunur. PHŞ modelinə keçid isə məktəblərə müstəqil qərarlar vermək, resursları daha effektiv idarə etmək və innovativ tədris metodlarını tətbiq etmək imkanı yaradacaq. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, PHŞ-lər müstəqil hüquqi statusa malik olmaqla dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə maliyyə mənbələri cəlb edə bilər, həmçinin əməkhaqqı, satınalmalar, layihələr və xidmətlər sahəsində sərbəst fəaliyyət göstərə bilərlər (Qanun, Maddə 2.3).

K.Əsədov qeyd edib ki, məktəblərin PHŞ-ə çevrilməsi ilə birgə maliyyə idarəetməsində əsaslı dəyişikliklər baş verəcək:

“Əgər indiyə qədər məktəbin bütün xərcləri dövlət büdcəsi hesabına planlaşdırılır və xərclərin təyinatı mərkəzdən idarə olunurdusa, yeni modeldə məktəb öz büdcəsini tərtib edəcək, gəlir və xərclərinə görə daha məsuliyyətli olacaq. Bu isə məsuliyyətin artması ilə yanaşı, məktəbləri donor təşkilatlar, sponsorlar, beynəlxalq layihələr və valideyn dəstəyi hesabına əlavə maliyyə resursları axtarmağa vadar edə bilər. Eyni zamanda bu, məktəblər arasında rəqabəti artıra və keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb ola bilər.

Dünya təcrübəsi də göstərir ki, məktəblərin hüquqi və maliyyə müstəqilliyi onların inkişafında mühüm rol oynayır. Məsələn, Finlandiyada məktəblər bələdiyyələrin nəzdində olsa da, geniş avtonomiya və innovativ təşəbbüslər üçün sərbəstlik verilir. Estoniyada məktəblərin 95 faizi müstəqil idarəetməyə malikdir və bu sistem beynəlxalq reytinqlərdə Estoniyanın yüksək nəticələr göstərməsinə səbəb olub. Türkiyədə də bəzi Anadolu liseyləri və layihə məktəbləri PHŞ modelinə uyğun idarə olunur və bu, onların layihə əsaslı inkişafını stimullaşdırır”.

Mütəxəssis vurğulayıb ki, təcrübənin mənfi tərəfləri də diqqətdən kənar qalmamalıdır:

“Məktəblərin əlavə maliyyə axtarışına çıxması zamanla sosial bərabərsizliyin dərinləşməsinə səbəb ola bilər. İmkanlı valideynlərin uşaqlarının oxuduğu məktəblər daha çox vəsait toplaya, infrastrukturu yeniləyə, müəllim heyətinə yüksək əməkhaqqı verə bilər. Kənd və aztəminatlı ailələrin üstünlük təşkil etdiyi bölgələrdə isə bu model məktəbin maliyyə çətinlikləri ilə üzləşməsinə, nəticədə tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Bu baxımdan, PHŞ statuslu məktəblər üçün dövlətin dəstək mexanizmləri – diferensial subsidiyalar, sosial təminat proqramları və təhsil voucher sistemləri tətbiq edilməlidir.

Hazırkı qanunvericilik mühiti bu keçidi təmin etmək üçün müəyyən baza yaradır. Lakin məktəblərin PHŞ-ə çevrilməsi təhsil haqqında əsas qanunda, həmçinin “Dövlət ümumi təhsil müəssisəsinin nizamnaməsi”ndə və “Məktəb direktorlarının fəaliyyətinin qiymətləndirilməsi meyarları”nda da uyğunlaşdırmalar tələb edir. Müəllimlərin əmək hüquqları, qiymətləndirmə və karyera artımı ilə bağlı qaydaların da bu çərçivədə yenidən işlənməsi vacibdir. Əks halda, məktəblərdə qeyri-bərabər yanaşmalar və sosial narazılıq artacaq”.

K.Əsədov məktəblərin PHŞ-ə çevrilməsinin onları daha çevik və nəticəyönümlü idarə olunmasını təmin etsə də, bu prosesin keyfiyyətli və ədalətli şəkildə həyata keçirilməsi üçün əsaslı hüquqi, maliyyə və ictimai mexanizmlərin qurulmasına ehtiyac olduğunu bildirib:

“Müəyyən çərçivədə ödənişli xidmətlərin tətbiqi qaçılmaz görünür – məsələn, əlavə dərslər, hazırlıq kursları, klub və dərnəklər üçün ödəniş müəyyən edilə bilər. Lakin bu xidmətlər baza təhsilini əvəz etməməlidir və dövlət məktəblərində təhsilin əlçatanlığı prinsipi qorunmalıdır. Əgər bu balans saxlanılmasa, PHŞ modeli zamanla təhsilin kommersiyalaşmasına, sosial təbəqələşmənin dərinləşməsinə və təhsil hüququnun pozulmasına gətirib çıxara bilər.

Bu baxımdan, məktəblərin PHŞ modelinə keçidi yalnız struktur islahat kimi deyil, həm də təhsilin fəlsəfəsinin dəyişməsi kimi dəyərləndirilməlidir. Məktəb idarəetməsində şəffaflıq, iştirakçılıq (valideyn, müəllim, icma nümayəndələrinin cəlbi), nəticəyönümlülük və sosial ədalət əsas meyarlar olmalıdır. Əks halda, bu dəyişiklik keyfiyyət artımından çox, qeyri-bərabər imkanlar və sistemin fragmentasiyası ilə nəticələnə bilər”,-ekspert vurğulayıb.

Firuzə Əliyeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri