Icma.az
close
up
RU
Məktəblərdə idman dərnəklərinin sayı artırılmalıdır

Məktəblərdə idman dərnəklərinin sayı artırılmalıdır

Icma.az bildirir, Qol.az portalına istinadən.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 177 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi İlkin Arzumanov oldu.

İ.Arzumanov söhbətə özü və peşəsi haqda məlumat verməklə başlayıb: “Mən 177 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, həmçinin fiziki tərbiyə müəllimiyəm. 2015-ci ildən bu sahədə fəaliyyət göstərirəm. Fiziki tərbiyə müəllimliyi həm fiziki, həm də psixoloji baxımdan çətin bir peşədir. Hazırkı texniki tərəqqi dövründə, kompüter texnologiyalarının inkişaf etdiyi zamanda uşaqlarda fiziki tərbiyə fənninə maraq azalıb. Müxtəlif yaş qruplarından olan uşaqların fərqli maraq və səviyyələrinə uyğunlaşmaq tələb olunur. Bəzən fərqli səviyyədə olan şagirdlərlə işləmək çətin ola bilər, lakin bu da müəllimin peşəkarlığını artırır. Ən gözəl tərəfi isə uşaqların inkişafına birbaşa təsir göstərməkdir”.

O, fiziki tərbiyə müəllimlərinin yaradıcı və şagirdyönümlü metodlardan istifadə etdiklərini deyib: “Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyəti məktəbdən-məktəbə dəyişir. Son illərdə fiziki tərbiyə fənninə maraq artmaqdadır və bu, sevindirici haldır. Müəllimlər daha yaradıcı və şagirdyönümlü metodlardan istifadə edirlər. Həm dövlət, həm də məktəblər tərəfindən bu sahəyə dəstək artdıqca dərslərin keyfiyyəti də yüksəlir. Fiziki tərbiyə fənni şagirdlərin həm fiziki, həm də sosial inkişafında mühüm rol oynayır”. 

İ.Arzumanov dərslərin maraqlı və əyləncəli təşkil olunduğunu vurğulayıb: “Əksər fiziki tərbiyə müəllimləri dərsləri maraqlı və dinamik şəkildə keçir. Onlar uşaqları motivasiya etmək üçün müxtəlif oyunlar, yarışlar və qrup fəaliyyəti təşkil edirlər. Müəllimlərin yaradıcı yanaşması dərsləri daha əyləncəli hala gətirir. Dərslərin müsbət atmosferdə keçməsi şagirdlərə idmanı sevdirməyə kömək edir. Uşaqların marağını artırmaq üçün dərslər oyun formatında, interaktiv şəkildə keçirilir”. 

Həmsöhbətimiz orta məktəblərdə idman zallarının, meydançaların durumundan söz açıb: “Bir çox məktəbdə idman zalları və meydançalar mövcuddur və vəziyyət getdikcə daha da yaxşılaşdırılır. Dövlət və icmalar tərəfindən bu sahəyə diqqət artır. Yeni tikilən məktəblərdə müasir idman infrastrukturu yaradılıb. Bu da şagirdlərin idmana marağını daha da artırır”. 

O, məktəblilərin müxtəlif idman növləri üzrə yarışlara qatıldıqlarını bildirib: “Şagirdlər üçün futbol, basketbol, atletika və şahmat kimi sahələrdə tez-tez turnirlər keçirilir. Bu yarışlar uşaqlarda həm sağlam rəqabət hissini inkişaf etdirir, həm də onlara özlərini göstərmək imkanı yaradır. Bəzi şagirdlər bu yarışlar sayəsində peşəkar idmana yönəlirlər. Bizim məktəbdə peşəkar idmanla məşğul olan şagirdlər var. Boks üzrə Avropa çempionu olmuş, beynəlxalq yarışlarda dəfələrlə qalib və mükafatçılar sırasında yer almış Banuçiçək Nəsirlini misal çəkə bilərik. Məktəblərdə istedadlı uşaqların sayı çoxdur və onların potensialı sevindiricidir. Ən çox maraq göstərilən idman növləri futbol, basketbol, voleybol və döyüş növləridir. Həmçinin məktəbimizdə qılıncoynatma dərnəyi fəliyyət göstərir. Həmin dərnəyin üzvləri bizim məktəbin şagirdləridir. Buradakı şagirdlərimiz respublika və beynəlxalq səviyyəli yarışlarda qələbələr qazanıblar. Dəstək və düzgün yönləndirmə ilə bu istedadlar parlaq nəticələr göstərə bilərlər”. 

İ.Arzumanov qeyd edib ki, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün idman dərnəklərinin sayı çoxaldılmalı, maarifləndirici işlər görülməlidir: “İdmanın inkişafı üçün görülən işlər artıq müsbət nəticələr verir və bu istiqamətdə addımlar davam etdirilməlidir. Məktəblərdə idman dərnəklərinin sayı artırılmalı, rayon və şəhər səviyyəsində daha çox yarışlar təşkil olunmalıdır. İdman mərkəzlərinə əlçatanlıq təmin edilməli və valideynlər düzgün maarifləndirilməli, bu prosesə aktiv şəkildə cəlb olunmalıdır. İdman həm də uşaqların sağlam düşüncə və davranış formalaşdırmasında mühüm rol oynayır”. 

O, vurğulayıb ki, şagirdləri ilə tez-tez idmanın faydaları haqda söhbətlər aparır: “Şagirdlərə idmanın insanın həyatı üçün nə qədər faydalı olduğunu əyani şəkildə göstərməyə çalışıram. Onların hər nailiyyətini qeyd edir, kiçik uğurlarını belə alqışlayıram. Məktəbimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin əmakdaşlığı ilə keçirilən, 56 məktəbi əhatə edən OCEP layihəsində iştirak edir. Bu layihə çərçivəsində idman həftəsi, idman festivalları keçirilir. Uğurlu idmançıların həyat hekayələrindən danışaraq, tanınmış idmançılarla görüşlər təşkil etməklə, məktəbdaxili yarışlar təşkil etməklə onlara stimul verirəm. Ən önəmlisi isə dərslərdə əylənmək və birlikdə hərəkət atmosferi yaratmaqdır”.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri