Icma.az
close
up
RU
Məktəblərdə məsələ ciddi nəzarətdə saxlanmalıdır DİETOLOQ RƏYİ

Məktəblərdə məsələ ciddi nəzarətdə saxlanmalıdır DİETOLOQ RƏYİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Uşaq və yeniyetmələrdə piylənmə müasir cəmiyyətimizin ən ciddi və qlobal problemlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, təəssüf ki, statistik göstəricilərə əsasən, son illərlə — xüsusən 2018–2019-cu illərlə — müqayisədə bu gün uşaqlarda çəki artımı daha geniş yayılıb: "Bu problemdə ilk məsuliyyət daşıyan şəxs, şübhəsiz ki, anadır. Uşaq hələ ana bətnində olarkən, ana düzgün və sağlam qidalanmalıdır. Təəssüf ki, hamilə qadınlar arasında belə bir yanlış fikir formalaşıb ki, çox yemək uşağın sağlam olmasını təmin edir. Halbuki bu, səhv yanaşmadır. Həddindən artıq və nizamsız qidalanma, boş karbohidrat və vitaminlərlə qidalanmaq əksinə olaraq həm ananın, həm də dölün immun sistemini zəiflədir, artıq çəkiyə və digər sağlamlıq problemlərinə səbəb olur.

Hamilə qadın düzgün qidalanarsa, bu, təkcə hamiləlik dövründə deyil, həm də doğuşdan sonrakı — laktasiya dövründə uşağın sağlam qidalanmasına birbaşa təsir edir. Əlbəttə, piylənməyə genetik amillər də təsir edə bilər, lakin ən vacib amil düzgün qidalanmadır. Ana südü uşağın sağlam inkişafı üçün əvəzsizdir və bunun üçün ana mütləq balanslı və düzgün bəslənməlidir.

Uşaq artıq 1–2 yaşına çatdıqda valideynlərin yanaşması daha da əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzən müşahidə edirik ki, ailələr kafe və restoranlarda uşaqlara böyüklərlə eyni porsiyada yeməklər verir. Halbuki uşağın daxili orqanları və qida tələbatı böyüklərdən tamamilə fərqlidir. Uşağın çox və nizamsız qidalanması gələcəkdə piylənmə riskini artırır.

Ən böyük təhlükə odur ki, uşaqlar hələ kiçik yaşlarından düzgün olmayan — genetik modifikasiya olunmuş, zərərli qatqı maddələri və rəngləndiricilərlə dolu — “narkotik tərkibli” qidalara və içkilərə alışdırılır. Bu cür vərdişlər ömür boyu davam edə bilər. Statistika göstərir ki, uşaqlarda piylənmənin 99%-i məhz düzgün bəslənməmək və bu tip qidaların həddindən artıq qəbulu ilə bağlıdır.

Uşaqların öz yaşlarına uyğun mətbəxi, qab-qacağı və qida ölçüləri olmalıdır. Məktəblərdə isə bu məsələ ciddi nəzarətdə saxlanmalıdır. Məktəb həkimləri artıq çəkili uşaqları izləməli, erkən mərhələdə valideynləri maarifləndirməli və müvafiq mütəxəssislərə yönləndirməlidirlər. Təəssüf ki, bu gün sahə həkimləri və pediatrlar məktəblərdə bu məsələyə yetərincə diqqət yetirmirlər. Uşaqların vaxtında yönləndirilməməsi piylənmənin yayılmasında mühüm amillərdən biridir".

Müəllif: Günel Fərzəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri