Icma.az
close
up
RU
Məktəblərdə müəllimlər dildə barbarizmlərdən stifadə etməməlidirlər AÇIQLAMA

Məktəblərdə müəllimlər dildə barbarizmlərdən stifadə etməməlidirlər AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Dil pozuntusunu ümumiyyətlə təkcə orta məktəblə bağlamaq, ora ilə müqayisə etmək düzgün deyil".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Murad bildirdi.

O, heab edir ki, dildə qüsurların olması, yəni bir sıra vulqarizmlərdən istifadə olunması sadəcə məktəblə yekunlaşmır:

"Məktəb də, media orqanları da, televiziya da bu işdə əsas rol oynayır. Çünki uşaq günün müəyyən, demək olar ki, az bir hissəsini ev şəraitində, valideyn mühitində keçirir. Böyük bir hissəsini məktəbdə, tədris prosesində, müəllim mühitində keçirir. Müəyyən bir qismini isə televiziya, radio və yaxud da internet, sosial şəbəkələrdə, hər hansı bir məqalə və ya kiminsə danışığı ilə üz-üzə qalmaqla keçirir. Yəni bunların hamısı ilə bağlı ölçü götürülməlidir.

Məsələn, bununla bağlı Azərbaycan Dil Qurumu müəyyən tədbirlər görməlidir. Bu gün televiziya yayımlarında televiziya və radio yayım şirkəti rəhbərliyi buna bir ölçü qoymalıdır. Televiziya yayımlarında istər xəbərlərin, istər hansısa şou proqramın, istərsə də hər hansı bir verilişin aparılması zamanı dildəki bədiiliyə, danışığa düzgün fikir vermək lazımdır, bu şərtdir, vacibdir".

Ekspertin sözlərinə görə, ikinci yerdə məktəblərdə müəllimlər mümkün qədər dildə barbarizmlərdən stifadə etməməlidirlər:

"Vulqarizm ümumiyyətlə yolverilməzdir. Vulqarizm, təbii ki, dildə, istər cəmiyyətdə, istər təhsil şəraitində, istərsə də başqa hər hansı bir sahədə işlədilə bilməz. Qaldı barbarizmə, jarqonlara, bunlar müəyyən mərhələdə yavaş-yavaş dildən təcrid olunub çıxarılmalıdır. Əks halda, dildəki o millilik yavaş-yavaş özünü itirəcək. Ona görə məktəblərdə başlanğıc məhz ordan olmalıdır, çünki şagirdlər ibtidaidən gəlirlər. İbtidai mərhələdə dildə hansı sözlər formalaşırsa, sonra həmin sözləri danışmağa davam edirlər. Yəni hər bir insanın, hər bir şagirdin ilkin mərhələsi “tutuquşuluq”dur, nə eşidirsə, onu danışır. Ona görə də birinci növbədə orta məktəblərdən başlanmalıdır. Orta məktəblər buradakı dil məsələlərinə ciddi nəzarət etməli, danışıqdakı qüsurları aradan qaldırmaq barədə düşünməlidirlər.

İkinci növbədə media orqanları bu işlə bağlı öz öhdəliklərini yerinə yetirməlidirlər ki, sağlam bir vətəndaş formalaşandan sonra cəmiyyətdə özünü və dilini müdafiə etməyi bacarsın. Yəni buna görə təhsil və media bu sahədə bərabər, paralel şəkildə birlikdə çalışmalıdır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri