“Məktəblərdə təhlükəsizlik çoxşaxəli yanaşma tələb edir” Eşqi Bağırov
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Məktəblərdə baş verən xoşagəlməz hadisələr təkcə təhsil müəssisəsinin daxilində məhdudlaşmır, bu hallar həm məktəb daxilində, həm də kənarda müxtəlif səbəblərlə baş verə bilər”.
SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, təhlükəsizlik tədbirlərinə baxmayaraq, mühafizə xidmətləri və nəzarət mexanizmləri tam təminat vermir: “Bu, yalnız texniki vasitələrlə tam həll olunan məsələ deyil və qlobal xarakter daşıyır”.
Eşqi Bağırov qeyd edib ki, məktəblərdə əsas məsuliyyət bütün pedaqoji heyətin üzərinə düşür: “Direktor, direktor müavini, psixoloq, sinif rəhbəri və müəllim öz vəzifəsini vicdanla yerinə yetirməlidir”.
Onun sözlərinə görə, əsas vəzifə qaydaların hazırlanması, maarifləndirmə və təlimlərin təşkili ilə təhlükəsiz mühitin gücləndirilməsidir.
O əlavə edib ki, həyata keçirilən tədbirlər bir çox risklərin qarşısını alır, lakin bu cür hadisələri tamamilə aradan qaldırmaq mümkün deyil: “Məqsəd maksimum təhlükəsiz və sağlam təhsil mühiti yaratmaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 28 Aprel 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















