Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Məktəblərdə vahid geyim sosial bərabərliyə də xidmət edir ekspetlər

Məktəblərdə vahid geyim sosial bərabərliyə də xidmət edir ekspetlər

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisdə "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər çərçivəsində ümumi təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi, məktəbli forması ilə bağlı tələblərin hüquqi əsaslarının dəqiqləşdirilməsi və müəllimlərin geyim standartları məsələləri müzakirə olunub. Müzakirələr zamanı təhsil müəssisələrində vahid qaydaların formalaşdırılması, məktəb mühitində nizam-intizamın gücləndirilməsi və təhsil prosesinin bütün iştirakçıları üçün ümumi prinsiplərin müəyyənləşdirilməsi məsələləri ön plana çıxarılıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eskperti Elçin Əfəndi bildirib ki, vahid geyim formasının həm təhsilalanlar, həm də müəllimlər üçün tətbiqi hazırda müzakirə olunur. Ekspert hesab edir ki, bu yanaşmanın bir sıra müsbət tərəfləri var.

"İlk növbədə, vahid geyim forması görüntü baxımından daha səliqəli və estetik mühit yarada bilər. Digər tərəfdən, bu, sosial bərabərliyin təmin olunmasına xidmət edən vacib amillərdən biridir. Çünki əvvəllər geyimlər, aksessuarlar və digər xarici görünüş elementləri müəyyən fərqlər yarada bilirdisə, vahid forma tətbiq edildikdə bütün şəxslər eyni geyimdə olur və bu fərqlər minimuma enir. Beləliklə, sosial bərabərlik daha çox qorunmuş olur".

Ekspert onu da əlavə edib ki, vahid geyim müəllim və ya təhsilalanın asanlıqla fərqləndirilməsinə imkan yaradır:

"İnsanlar ilk baxışdan qarşılarındakı şəxsin təhsil müəssisəsinin əməkdaşı və ya şagird olduğunu müəyyən edə bilirlər. Düşünürəm ki, bu, ümumilikdə qəbul oluna biləcək bir yanaşmadır. Belə təcrübələr təkcə Azərbaycanda deyil, dünyanın bir sıra inkişaf etmiş ölkələrində də mövcuddur. Bir çox təhsil müəssisələrində müəllimlər üçün dress-kod və ya vahid geyim tələbləri tətbiq edilir. Bu baxımdan, belə bir addımın atılması xoş görüntü yarada bilər. Bununla yanaşı, bizim üçün əsas prioritet təhsil keyfiyyətinin daha da yüksəldilməsi olmalıdır. Təhsil sahəsində aparılan bütün dəyişikliklər və müzakirələr ilk növbədə tədrisin keyfiyyətinin artırılmasına, ümumi təhsil göstəricilərinin yaxşılaşdırılmasına xidmət etməlidir", - deyə E.Əfəndi qeyd edib.

Təhsil eksperti Məzahir Məmmədli isə deyib ki, ümumilikdə, müvafiq təcrübə göstərir ki, vahid geyim formalarının işin daha sistemli və keyfiyyətli təşkilinə müəyyən müsbət təsirləri olur:

"Bununla bağlı müxtəlif nümunələr mövcuddur. Məsələn, hərbiləşdirilmiş qurumları bir kənara qoysaq, notariat ofislərində, banklarda, eləcə də bizim üçün uğurlu təcrübə hesab olunan “ASAN Xidmət” mərkəzlərində əməkdaşların vahid formada fəaliyyət göstərdiyini görürük. Bu da həm iş mühitinin təşkilinə, həm də ümumi korporativ mədəniyyətin formalaşmasına xidmət edir.

Mən hesab edirəm ki, müəllimlər üçün də vahid geyim formasına keçid yenilik kimi qarşılanacaq və müsbət təsir göstərəcək. Müəllimin cəmiyyətdə vahid formada görünməsi onun peşə nüfuzunun daha da artmasına xidmət edə bilər. İctimai nəqliyyatda, metroda və ya digər məkanlarda müəllimin asanlıqla tanınması insanlarda ona qarşı hörmət və rəğbət hissini gücləndirə, şagirdlərin isə müəllimlərini daha rahat fərqləndirməsinə şərait yarada bilər".

Ekspertin fikrincə, bu gün müəllim nüfuzunun artırılmasından danışırıqsa, belə addımların müəllim peşəsinin cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyini düşünürəm:

"Müəllimin nümunəvi görünüşə malik olması həm onun öz davranışına, həm də şagirdlərin ona münasibətinə müsbət təsir göstərə bilər. Qeyd edim ki, müəllimlərin etik davranış qaydaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı mövcuddur və həmin sənəddə qeyri-etik, vulqar geyimlərə məhdudiyyətlər nəzərdə tutulur. Vahid geyim formasının tətbiqi isə bu yanaşmanı daha da sistemli hala gətirə bilər".

M.Məmmədli eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycanda artıq bu istiqamətdə müəyyən təcrübə formalaşıb.

"Həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərən təxminən 10-a yaxın məktəbdə müəllimlər üçün vahid geyim forması tətbiq edilir. Bu qərarlar pedaqoji şuralar tərəfindən qəbul olunub və kişi, eləcə də qadın müəllimlər üçün ayrıca geyim nümunələri müəyyənləşdirilib. Təcrübə artıq bir neçə ildir ki, uğurla davam edir".

Ekspertin fikrincə, vahid geyim forması müəllimlərin peşəkar imicinin formalaşmasına, təhsil mühitində nizam-intizamın güclənməsinə və ümumi iş mühitinin daha sistemli təşkilinə töhfə verə bilər.

"Bu, geyim seçimi ilə bağlı əlavə vaxt itkisini azalda, müəyyən mənada müəllimin büdcəsinə də müsbət təsir göstərə bilər. Digər tərəfdən, müəllimlər arasında xarici görünüşlə bağlı fərqlərin azalmasına, daha peşəkar və vahid təhsil mühitinin formalaşmasına xidmət edər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, vahid geyim forması həm müəllimlər, həm şagirdlər, həm də bütövlükdə cəmiyyət üçün faydalı nəticələr verə bilər", - deyə M.Məmmədli fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri