“Məktəblərdə vahid geyim sosial bərabərsizliyi azaldacaq” AÇIQLAMA
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Təhsil haqqında qanunvericiliyə əsasən, dövlət məktəbləri dünyəvi xarakter daşıyır. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş vahid geyim standartları müxtəlif nəticələrin əldə olunmasına hədəflənib. Vahid geyim mühitində subyektiv yanaşmaların, fikir ayrılıqlarının, eləcə də məktəb daxilində fərqli sosial, dini və ideoloji simvolların qabardılmasının qarşısının alınması, beləliklə, təlim-tərbiyə ocağının kənardan gətirilən təsirlərdən uzaqlaşaraq sırf elmi və tədris yönümlü bir məkana çevrilməsi nəzərdə tutulub".
Bu sözləri "Yeni Sabah"a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, dosent AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Aynur Hacıqədirli deyib. O bildirib ki, şagirdin geyimi onun məktəb daxilindəki davranışlarına çox mühüm təsir göstərir:
"Pedaqoji psixologiya sahəsində hər zaman vurğulanır ki, geyim davranışa və psixoloji köklənməyə birbaşa təsir edən amillərdəndir. Şagirdin geyimi onun məktəb daxilindəki davranışlarına çox mühüm təsir göstərir. Əvvəla, təhsildəki geyimlə kənardakı geyim arasında sərhəd qoyulur; şagird məktəb, müəllimlər, cəmiyyət və valideynləri qarşısındakı məsuliyyətini dərk edərək özünü dərslərə daha yaxşı kökləyir. Digər tərəfdən, tədris prosesində uşaqların diqqəti bir-birinin geyindiyi brendlərdən və xarici görünüşdən yayınaraq tamamilə dərslərə yönəlir. Bu kodeksin tətbiqi şagirdlərimizin davranışına, intizamına və məsuliyyətinə çox mühüm, müsbət təsir göstərəcəkdir". Toyuqlu pizza
Dosent əlavə edib ki, vahid geyimin tətbiq olunması şagirdlər arasındakı bu maddi yarışı və psixoloji təzyiqi ən azından minimuma endirəcək:
"Vahid məktəbli formasının sosial üstünlükləri də var. Məktəblərə müxtəlif maddi imkanlara sahip ailələrin övladları gəlir və bəzən onlar arasında geyimlərini, var-dövlətlərini sərgiləmək yarışı gedir. Vahid geyimin tətbiq olunması şagirdlər arasındakı bu maddi yarışı və psixoloji təzyiqi ən azından minimuma endirəcəkdir. Şagirdlər geyimlərinə görə fərqlənmədikdə bu gərginlik də aradan qalxır. Bu baxımdan tətbiqini vacib hesab edirəm".
A.Hacıqədirli vurğulayıb ki, bu prosesdə sinif rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür:
"Bu prosesdə yalnız rəhbərliyin deyil, eyni zamanda sinif rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar valideynlərlə dialoq halında olmalı, maarifləndirici görüşlər keçirməli və bu qaydaların tətbiq mahiyyətini düzgün izah etməlidirlər. Valideynlər bu fikri mənimsədikdən sonra onu öz ailələrində rahatlıqla tətbiq edəcəklər. Güc və ya məcburiyyət tətbiq etməklə müsbət nəticə əldə etmək mümkün deyil. Uğurlu nəticə yalnız qarşılıqlı dialoq, danışıqlar və maarifləndirmə proseslərinin artırılması sayəsində mümkün olacaqdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Oktyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















