Icma.az
close
up
RU
Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: Bu problemlərə yol açacaq...

Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: Bu problemlərə yol açacaq...

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ucqar kənd məktəblərdə şagird sayının az olması, hətta bəzən  müəllim şagird sayından çox olması təhsil sahəsində ciddi resurs israfına səbəb olur. Bu problemlə mübarizə aparmaq üçün rayon mərkəzlərində mərkəzləşmiş  məktəblərin yaradılması müzakirə oluna bilər. Burada hətta uzaqdan gələn şagirdlər üçün yataqxanaları tikilməsi, həmçinin, şagirdlərin təhlükəsiz və rahat şəkildə bu məktəblərə çatdırılmasını təmin etmək üçün məktəbli servisləri də təşkil edilə bilər. Bu addımlar həm tədrisin keyfiyyətini artırar, həm də resursların səmərəli istifadəsinə imkan yaradar. Belə bir yanaşma ucqar kəndlərdə təhsilin əlçatanlığını, həm də ümumi təhsil səviyyəsini yüksəldə bilər. Bəs, bu problem necə həll olunmalıdır?

 Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Sitat.info- ya açıqlamasında bildirib ki, Nazirlik tərəfindən bu istiqamətdə iş aparılır: "Nazirliyin planında var ki, şagird sayı 100-dən az olan 1500-ə yaxın məktəbin rasionallaşdırılması nəzərdə tutulsun. Bu məktəbin ləğv edilməsi deyil. Məktəb birləşdirilə bilər, yenidən təşkil oluna bilər. Təyinatını da dəyişdirə bilər. Bu odur ki, əvvəl 11 illik tam orta məktəb 9 illik ola bilər. İndi şagird sayı 10- a qədər olan 142 məktəb rasionallaşdırılır. Şagird sayı 3-4 olan məktəblərdə 1ə şagird çəkilən xərc hardasa 25000 manata yaxın gəlib çıxır. Amma rayon mərkəzində həmin məktəbə yaxın məktəblərə birləşdirilməsi və həmin şagirdlərin nəqliyyat məsələsini təşkil etməklə qalan xərclər təhsilin başqa sahəsinə yönəldilə bilər. Həm də şagirdlər daha keyfiyyətli təhsil ala bilər. Çünki şagird sayı az olanda rəqabət olmur, şagirdlər dərsə gəlməyəndə müəllimlərin əmək haqqı söhbəti var. Bir sözlə çox problemlər yaşanır.

Bunun üçün məktəbləri birləşdirib və şagirdlərin daşınması üçün servislər təşkil oluna bilər. Və bu proses artıq həyata keçirilir. Amma şagird sayı 100 olan bütün məktəblərin bağlanması məsələsi yanlışdır. Elə məktəb ola bilər ki, şagird sayı 70 olsun və başqa məktəblə birləşsin. Amma eləsi olar ki, şagird sayı 30 olsun, ancaq birləşməsin. Çünki burada yol məsələsi var, uşaqların daşınmasını təşkil etmək məsələsi var”.

Sitat.info -ya açıqlamasında mövzulə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, bu məsələ bəzi problemləri bərabərində gətirəcək: 
“Məlum oldu ki, ölkə məktəblərinin 1500-də şagird sayı 100- dən aşağıdır. Onların da bir çoxu natamam orta ümumitəhsil məktəblərinin payına düşür. Yəni,  tədrisin 9-cu sinfə qədər aparıldığı məktəblərdə əsasən şagird sayının azlığına daha çox rast gəlinir. Bunlarla bağlı hansı addımlar atılacağı qeyd edildi.

Mərkəzləşdirilmiş, komplektləşdirilmiş məktəb siyasətinə qərar veriləcəyi, az şagirdlərin oxuduğu kiçik məktəblərin bağlanaraq oraya yaxın ərazidəki daha böyük təhsil müəssisəsinə birləşdiriləcəyi qərarı verildi. Rəsmi qərar olmasa da, bu bu barədə şifahi  məlumatlar verilib. Buna qarşı gələnlər də oldu. Şagird sayından asılı olmayaraq, böyük və kiçikliyindən asılı olmayaraq ucqarlarda məktəb binasının bağlanmasını arzuolunmaz hal hesab edənlər də oldu. Bunu da normal qarşılamaq lazımdır. Sonradan rəsmi açıqlama verildi ki, həmin məktəblər bağlanmır. Şagird, müəllim sayı artdıqdan sonra həmin məktəblərə tədris yenidən qayıdacaq. Fakt ondan ibarətdir ki, həmin məktəblərdə dərslər artıq olmayacaq“. 

E. Nuri vurğulayıb ki, məktəblərin komplektləşdirilməsi o qədər də arzuolunmaz proses deyil: "Düzdür, müəyyən qədər sosial problemlər olacaq. Yol-nəqliyyat məsələlərində çətinlik olacaq. Məsələn bu gün hava sərtdir, bu hələ paytaxtda belədir. Ucqar yerlərdə olan və az şagirdin oxuduğu məktəblərdə sərt iqlimdə nəqliyyat məsələsi daha çətindir. Onlar üçün nəqliyyat vasitələrinin necə ayrılacağı qəribədir. Ümumiyyətlə bu nə dərəcədə mümkün olacaq? Açıq danışsaq, məsələn şagird sayının az olduğu 4 məktəb bağlanır. Həmin 4 məktəbin şagirdləri onlara yaxın olan  5-ci məktəbə birləşdirilir. Bu o deməkdir ki, hər bağlanan məktəb üçün ayrıca avtobus olacaq? Bu olmasına təbii ki, olsun. Amma 1500 məktəb bağlanacaqsa, 1500 avtobusun ayrılacağı mənə inandırıcı gəlmir. Uzaq başı 100 dənə avtobus ayrılacaq. Bu problem də var".

Ekspert bildirib ki, mərkəzləşdirilmiş və yataqxanası olan məktəblər yaratmaq gözəl fikirdir: "Beynəlxalq təcrübədə bu var. Ancaq reallığa baxsaq, 1500 avtobus ayrılmasındansa, mərkəzləşdirilmiş yataqxanası olan məktəblərin olması daha yaxşı olardı. Ancaq söhbət ucqarlardan gedir. Burada təkcə oğlan uşaqları olmayacaq. Əgər tələbə olsaydılar qızlar üçün ayrı, oğlanlar üçün ayrı yataqxana olardı və bu problem deyil. Ancaq bunlar hələ uşaq olduğu üçün gərək valideynləri də onlarla birlikdə yaşasın. Əslində bu yataqxanaların yaradılması pis fikir deyil,  amma inandırıcı və tətbiqi asan olan məsələ də deyil".

Aytac Baxış,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri