Icma.az
close
up
RU
Məktəbli güləşçilərimizin hamısı medal qazanıb

Məktəbli güləşçilərimizin hamısı medal qazanıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Serbiyada 15 yaşadək (U-15) idmançılar arasında keçirilən III Dünya Məktəb Oyunları – Gimnaziada İdman Oyunlarına Azərbaycan komandası uğurla start verib. Yarışda sərbəst güləşçilərimiz təmsil olunduqları bütün çəki dərəcələrində medal qazanmağa nail olublar.

Sərbəst güləş üzrə Azərbaycan millisinin məşqçisi Namiq Quliyev XQ-yə açıqlamasında yığmada yer alan güləşçilərin hər birinin güclü potensialı olduğunu dedi:

– 10 çəki dərəcəsindən 5-də 1 nömrəlilər iştirak edirdilərsə, digər çəki dərəcələrində 2 və 3-cü nömrələrə də şans vermişdik. Onlar da mükafata layiq yer qazandılar. Düzdür, qızıl medallarımız daha çox ola bilərdi. 62 və 57 kiloqram çəki dərəcələrində idmançılarımız birinci olmağa yaxın idilər. Komandanın üzvlərindən Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandılar. İbrahim Həsənov keçən il Avropa çempionatının qalibi olmuşdu, bu dəfə də ümidləri doğrultdu. Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) yalnız finalda məğlub olaraq 2-ci yerlə kifayətləndilər. Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Nəcəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə bürünc medal qazandılar.

Məşqçinin sözlərinə onu da əlavə edək ki, dünyanın ən inkişaf etmiş ölkələrinin güclü güləşçilərinin iştirak etdiyi bu nüfuzlu yarışda bütün çəki dərəcələrində medal əldə etməyimiz yüksək nəticədir. Onu da qeyd edək ki, 15 yaşlı pəhləvanların hər biri ölkəmizin güləş məktəbinin yetirməsidir. Ümid edirik ki, bu uşaqların hər biri gələcəkdə öz ustalıqlarını artıraraq ən mühüm yarışlarda – kişilər arasında Dünya çempionatları və Olimpiadada da böyük nailiyyətlər əldə edəcəklər.

Yarışın 1-ci günündə güləşçilərimizlə yanaşı, qılıncoynatma üzrə komandamız da yığmamızın hesabına medal yazdırıb. Serbiyanın Nova Varoş şəhərində keçirilən qılıncoynatma yarışlarının sablya növündə Azərbaycan təmsilçisi Gəray Məmmədli bürünc medal əldə edib.

Gimnaziadanın 2-ci günündə Əbilfət Məmmədovla İlham Vəzirovun rəhbərliyi altında yunan-Roma güləşçiləri mübarizəyə qatılıblar. Komandamızın 10 üzvündən 9-u fəxri kürsüyə qalxıb. Təmsilçilərimiz 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar.

Dünən güləşlə yanaşı, təmsilçilərimiz 9 idman növündə – qılıncoynatma, şahmat, badminton, parabadminton, 3x3 basketbol, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis və idman gimnastikasında qüvvələrini sınayıblar. Qılıncoynatma yarışlarının şpaqa növündə Mirunay Abasova qızıl medala sahib çıxıb. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Ujiçe şəhərində təşkil edilən paraüzgüçülük yarışlarında isə Murad Məmmədov 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında gümüş, Rəsul Suleymanov 50 metr məsafəyə brass üsulunda bürünc medala layiq görülüblər. Həmin şəhərdə parabadminton turnirində Zəhra Salmanlı və Əli Məhərrəmli uğurla çıxış edərək, qızıl medal alıblar.

Xatırladaq ki, aprelin 12-dək davam edəcək və 56 ölkədən 2 min 742 idmançının mübarizə apardığı yarışda Azərbaycan 18 idman növündə, ümumilikdə, 191 atletlə təmsil olunur.

Leyla QURBANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri