“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayından keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində iyun ayında Lənkəran rayonu və Şəki şəhərində, oktyabrda Gəncə və Mingəçevir şəhərlərində, Qax, Qazax, Qusar və Ağdam rayonlarında, dekabrda Gəncə, Sumqayıt şəhərlərində, Qazax və Ağdam rayonlarında ümumilikdə 10 min nəfərdən çox məktəblinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müxtəlif mövzulara həsr olunan tamaşaları izləməsi təmin edilib.
Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















