Məktəblilər Üzməyi öyrən əcək
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üzməyi öyrənək” layihəsi 2026-cı ilin noyabr-dekabr aylarında 8-ci dəfə təşkil olunacaq.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, layihənin əsas məqsədi məktəblilərə üzgüçülük bacarıqlarını öyrətmək, onların suda təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.
Layihə çərçivəsində 1-8-ci sinif şagirdləri məşqçilərin rəhbərliyi ilə üzgüçülük təlimlərinə cəlb olunacaqlar. Təlimlər bir ay müddətində ödənişsiz təşkil ediləcək. Layihənin ölkə üzrə 33 idman obyektində həyata keçirilməsi və 60 məktəbin iştirakı nəzərdə tutulur.
Məşğələlər zamanı şagirdlərə üzgüçülüyün əsas bacarıqlarının öyrədilməsinə, suda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına və onların idmana marağının artırılmasına xüsusi diqqət yetiriləcək.
Layihə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, eləcə də Abşeron, Ağcabədi, Ağdaş, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hövsan, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Yevlax və Zaqatala Olimpiya İdman Komplekslərində baş tutacaq.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 02 Noyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















