Məktəblilərarası fənn müsabiqələrinin nəticələri AÇIQLANDI
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
31 may 2025-ci il tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin yekun nəticələri elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Final mərhələsinin nəticələri artıq https://rfm-2024-2025-final.onrender.com/ platformasında yerləşdirilib. Şagirdlər UTİS kodu və FİN kodu vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq aşağıdakı məlumatlarla tanış ola bilərlər:
Topladıqları ballar Qalib olub-olmamaları Müraciətlərinə verilmiş cavablarQeyd edək ki, sözügedən müsabiqə VI və VII sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə fənlərə olan marağın artırılması, istedadlı şagirdlərin erkən yaşlarda aşkar olunması, onların elmi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə uğurlu təhsil və karyera planlamalarına dəstək göstərilməsidir.
Final mərhələsində hər bir fənn üzrə ən yüksək nəticə göstərmiş 42 nəfər və 42-ci yer ilə eyni bal toplamış digər şagirdlər qalib hesab olunublar.
Qaliblərin siyahısı ilə müvafiq keçiddən istifadə edərək tanış olmaq mümkündür:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 20 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















