Icma.az
close
up
RU
Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasına qeydiyyat başlanıb

Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasına qeydiyyat başlanıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi, eləcə də ölkədə fəaliyyət göstərən bankların tərəfdaşlığı ilə 13–15 yaş arası məktəblilər arasında Maliyyə Savadlılığı Viktorinası təşkil olunur.

ABA-dan AZƏRTAC-a bildirilib ki, viktorinanın qalibləri müxtəlif dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

Yarış üç mərhələdən ibarətdir:

∙ 7 noyabr – İlkin elan və qeydiyyat mərhələsi (“Google Forms” vasitəsilə). Bu mərhələdə təqdim edilən suallar əsasında ilkin qiymətləndirmə aparılacaq və yarımfinala keçəcək 100 nəfər müəyyən ediləcək.

∙ 27 noyabr – Onlayn yarımfinal (“Zoom” və “Kahoot!” platformaları vasitəsilə). Bu mərhələdə 20 nəfər finalçı seçiləcək.

∙ 11 dekabr– Maliyyə Savadlılığı Viktorinasının final mərhələsi (Bakı şəhərində, üzbəüz formatda). İlk 3 yerin qalibləri mükafatlandırılacaq, digər iştirakçılara isə xatirə hədiyyələri təqdim ediləcək.

Qeyd edək ki, tarixlərdə dəyişiklik ola bilər. İştirakçıların bu barədə məlumatlı olmaları tövsiyə edilir.

Əsas iştirak şərti: Məktəblinin doğum tarixi 8 noyabr 2009-dan - 7 noyabr 2012-dək (hər iki tarix daxil) olmalıdır.

Qeydiyyat qaydaları: Qeydiyyat linki 21 noyabr saat 18:00-dək aktiv olacaq.

İlkin seçim turunda iştirak etmək üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək və təqdim edilən sualları cavablandırmaq tələb olunur: https://forms.gle/4cucefkuCtEkyLNV6

Qeydiyyat zamanı məktəblinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) sistemə (Google Forms) yüklənməsi zəruridir. Buna görə, qeydiyyata başlamazdan əvvəl sənədlərinizi hazır etməyiniz tövsiyə olunur.

Viktorina “Bank VTB Azərbaycan” ASC, “Ziraat Bank Azərbaycan” ASC, Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABA-ya üzv digər bankların maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbirin təşkilatçılarından olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-yə yaxın təlim mövzusu üzrə 38 mindən çox dinləyiciyə 2600-dən artıq təlim kursu təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri