Icma.az
close
up
RU
Rəqəmsal maliyyə savadlılığı üçün yeni platforma

Rəqəmsal maliyyə savadlılığı üçün yeni platforma

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərkəzi Bank Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə tamhüquqlu üzv seçilib

Azərbaycan Mərkəzi Bankı (MB) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə  (İƏİTBMSŞ) tamhüquqlu üzv seçilib. Bu təsisata üzvlük Mərkəzi Bankın maliyyə inklüzivliyi və maliyyə savadlılığının artırılması istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin və nümayiş etdirdiyi təşəbbüskarlığın nümunəsidir. MB indiyə qədər İƏİTBMSŞ-nin beynəlxalq bank icması üçün təşkil etditi bütün layihələrdə fəal iştirak edərək etimadlı institut kimi tanınıb, ələlxüsus da “Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə” üzrə işçi qruplarında iştirak etməklə beynəlxalq səviyyədə hazırlanan bank-maliyyə strategiyalarında öncüllüyünü nümayiş etdirib. Nəticədə, adıçəkilən nüfuzlu qurumun tamhüquqlu üzvü ailəsində yer alıb.

Mərkəzi Bankın Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə etibarlı tərəfdaş kimi cəlb olunması Azərbaycanın bank sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, MB beynəlxalq bank siyasəti tədbirlərində yaxından iştirak etməklə mühüm strateji maliyyə sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb olunacaq, həmçinin bank siyasəti bazalarına çıxış əldə etmək hüququ qazanacaq. Bununla da, Mərkəzi Bank qabaqcıl təcrübələr və yanaşmalarla mütəmadi tanış olmaq imkanlarından faydalanacaq.

Strateji Yol Xəritəsindən irəli gələn tələb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) aparıcı təsisatlarından biri olan Şəbəkə dünyada maliyyə təhsili məsələləri üzrə tənzimləyicilər və digər iştirakçılar arasında əməkdaşlığı təşviq edən bir platformadır. Bu şəbəkədə 74 ölkədən əksəriyyəti mərkəzi banklar olan 135-dən artıq dövlət təşkilatı təmsil olunur. ABŞ, Kanada, Almaniya, Fransa kimi dünyanın aparıcı dövlətlərinin xüsusi aktivlik göstərdiyi şəbəkə ilə MDB-dən 4 ölkə, o cümlədən Azərbaycan əməkdaşlıq etməkdədir. Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin qarşıya qoyduğu əsas məqsəd üzv ölkələrin aparıcı qurumları arasında iqtisadi və maliyyə savadlılığı üzrə informasiya və fikir mübadiləsinin təmin edilməsi, habelə beynəlxalq aləmdə bu sahədə mövcud olan qabaqcıl təcrübənin təbliğidir. Şəbəkə bank-maliyyə sahəsində işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir ki, Azərbaycanın Mərkəzi Bankı da neçə ildir ki, bu tədbirlərdə fəal yer alır.

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və “Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması”  sənədlərində qarşıya qoyulmuş əsas hədəflərdən biri məhz maliyyə savadlılığını artırılması, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqidir.

Beynəlxalq Maliyyə Korporasiyası ilə “yaşıl maliyyə” savadlılığının təşviqi

Mərkəzi Bank bu prinsipləri rəhbər tutaraq son illərdə maliyyə savadlılığı üzrə proqramlarda beynəlxalq institutlarla əməkdaşlığı gücləndirib, Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və digər qurumlarla birgə bu istiqamətdə fəal tərəfdaşlıq qurub. Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə rəqəmsal maliyyə xidmətləri üzrə müasir çağırışlara əsaslanan layihələr icra edilib. Ötən ilin noyabrında BMK ilə “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı keçirilən tədbir dünya miqyasında dayanıqlı maliyyə çərçivəsinin yeni aləti olan “yaşıl maliyyə”yə keçidlə bağlı beynəlxaql təcrübənin mənimsənilməsi baxımından maliyyə bazarı iştirakçıları üçün faydalı olub. Bu cür əməkdaşlıq çərçivəsi dayanıqlı maliyyə sahəsində koordinasiyanı və qlobal yanaşmanı dəstəkləmək üçün təsviqedici rol oynayır.

Nüfuzlu platformalarından biri olan Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsi ilə yaxın tərəfdaşlıq isə MB-a bank sistemində müasir rəqəmsal alətlərin tətbiqi, maliyyə bazarı iştirakçıları üçün qabaqcıl təcrübələrin mübadiləsi və digər sahələrdə əhəmiyyətli nəticələr qazandırıb.

Beləliklə, Mərkəzi Bankın İƏİT-nin Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə üzv olması Azərbaycanın bank icmasının maliyyə savadlılığı proqramlarını daha dərindən mənimsəməyə və məlumat əlçatanlığına yaxından çatması, habelə beynəlxalq standartları əhatəli  tətbiq etməyə, ümumilikdə maliyyə inklüzivliyinin genişlənməsinə töhfə verəcək. Eyni zamanda, Şəbəkə ilə yeni mərhələdə əməkdaşlıqlar fonunda layihələrin reallaşdırılması ölkəmizdə iqtisadiyyat və maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri