Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Erkən maliyyə savadlılığı üçün 15 sadə qayda

Erkən maliyyə savadlılığı üçün 15 sadə qayda

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Martın 16-dan bütün dünyada, o cümlədən Azərbaycanda Qlobal Pul Həftəsi başlandı və martın 22-ə qədər davam edəcək.
Qlobal Pul Həftəsi uşaqların erkən yaşlarından maliyyə ilə bağlı bilik və bacarıqlara yiyələnməsi üçün aparılan kampaniyadır. İlk dəfə 2012-ci ildə elan edilib. O vaxtdan bəri hər ilin martında keçirilir. İndiyədək bu kampaniya dünyanın 176 ölkəsində 71 milyondan çox uşaq və gənci əhatə edib.
Qlobal Pul Həftəsini İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) keçirir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2025-ci ildən OECD/INFE şəbəkəsinin tamhüquqlu üzvüdür və ölkəmizdə maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif təşəbbüsləri dəstəkləyir.
Hər il Qlobal Pul Həftəsinin bir əsas mövzusu olur. 2026-cı ilin mövzusu da “Puldan danışaq”dır. Elə isə, gəlin biz də bir az puldan danışaq və görək uşaqlara maliyyə biliklərini öyrətməyin ən yaxşı üsulları nələr ola bilər?
Sual o qədər sadə  görünməsin. Söhbət pulu necə xərcləməkdən çox, onu məsuliyyətli, planlı şəkildə idarə etməkdən və uşaqlarda dəyər anlayışını düzgün formalaşdırmaqdan gedir.
Beləliklə başladıq:
1. Uşaqlara pulun dəyərini izah edin
Təcrübələr göstərir ki, uşaqlar pulun nə olduğunu çox tez, hətta 3-4 yaşlarından başa düşürlər. Bu, yaxşıdır. Daha yaxşısı isə o olar ki, uşaq pulun müəyyən bir əməyin nəticəsi olduğunu da erkən yaşlardan anlasın. Pulun zəhmət və vaxt hesabına qazanıldığını başa düşəndə, ona daha qənaətlə yanaşmağa başlayacaqlar.
2. İmkan olduqca cibxərcliyi verin
Cibxərcliyi uşağa öz xərcləri ilə bağlı müstəqil qərar verməyi öyrədir. Və erkən yaşlardan maliyyə qərarları ilə bağlı məsuliyyət hissi formalaşdırır. İndi uşağa cibxərcliyi verməyin də müasir üsulları var. Məsələn, Alfa nəslinin təmsilçiləri üçün ABB-nin yaratdığı AlpaCard-dan birini uşağa alıb, cibxərcliyini ora köçürüb, tətbiq üzərindən onun xərclərinə nəzarət etməklə. Niyə də yox?!  
3. Büdcəni planlaşdırmağı öyrədin
Uşağa təklif etmək olar ki, pulunu ən azı üç hissəyə bölsün: bir hissə gündəlik xərclərə, bir hissə yığıma, bir hissə də yardım və paylaşmağa.
Belə bir yanaşma planlaşdırma bacarıqlarını inkişaf etdirəcək.
4. Seçim qarşısında qoyun
Uşağa erkən yaşlardan başa salmaq lazımdır ki, istədiyi hər şeyi eyni anda almaq mümkün deyil. Məsələn, o, mağazada iki ucuz, bir bahalı oyuncaq dilemması qarşısında qalıb bunlardan hansını seçməyə özü qərar verməlidir.
5. Yığım vərdişi formalaşdırın
Arzuladığı hər hansı əşyanı almaqdan ötrü uşağa pul toplamağı öyrətmək də vacibdir. Bu, səbrli olmağa, uzunmüddətli məqsədlərə yönəlməyə, planlı həyat vərdişlərinə kömək göstərəcək.
6. Öyrədici oyunlar oynayın
Müasir dövrümüzdə uşaqlara maliyyə-iqtisadiyyat sahəsində bilik və bacarıqlar aşılayan xeyli masaüstü iqtisadi oyunlar, simulyasiyalar var. Onlar uşaqlara gəlir, xərc, sahibkarlıq və s. kimi anlayışları erkən yaşlardan çox maraqlı formada öyrənməyə imkan verir. Vaxt olduqca uşaqlarla belə oyunlardan oynayın.
7. Ailə büdcəsini müzakirə edin
Uşaqlar bilməlidirlər ki, ailənin gəlirləri, xərcləri, hansısa planları var. Onlara ailə xərclərinin necə bölüşdürüldüyünü izah etmək faydalıdır. Körpələri ailə qayğıları ilə çox yükləmədən bu mövzularda sadə izahlar onlarda iqtisadi düşüncəni gücləndirir.
8. Şəxsi nümunə olun
Balacalar nəsihətlərdən çox, şəxsi nümunələrdən öyrənirlər. Çox vaxt valideynlərin davranışlarını təkrarlayırlar. Böyüklər pulu ağıllı şəkildə idarə etdikdə, uşaq da bu vərdişləri mənimsəməyə başlayır.
9. Ehtiyaclarla istəklər arasındakı fərqi göstərin
Hər bir uşaq bilməlidir ki, zəruri alışlar hansılardır, sadəcə arzu etdiyi əşyalar hansılardır. Bunu vaxtında anlamasa, gələcəkdə pullarını ona lazım olmayanlara xərcləyə bilər. Bu isə həyatın dəyişməz qanunudur ki, əgər bu gün bir ucdan sənə lazım olmayanları alıb yığırsansa, sabah sənə ən çox lazım olanları satmaq məcburiyyətində qalacaqsan. 
10. Bank xidmət və məhsulları haqqında məlumat verin
Uşaqlar böyüdükcə onlarıbank xidmət və məhsulları, o cümlədən hesablar, kartlar, kreditlər, depozitlər, elektron ödənişlər, investisiyalar və s. haqqında sadə dildə məlumatlandırmaqda çox böyük fayda var.
11. İş tapşırıb mükafatlandırın
Uşağa evdə kiçik işlər görməyi, məsələn otaq bitkilərinə su verməyi, müəyyən yır-yığış məsələlərində kömək göstərməyi tapşırıb, görülmüş iş müqabilində ona kiçik mükafat ayırmaq olar. Həm erkən yaşlardan zəhmətə alışacaq, həm də əməyinin şirin bəhrəsini duyacaq.
12. Borcun məsuliyyətini anladın
Uşağa başa salmaq lazımdır ki, başqasından borc götürülmüş pul mütləq vaxtında geri qaytarılmalıdır. Belə bir tərbiyə onda maliyyə öhdəliklərinə məsuliyyətli yanaşma formalaşdıracaq. Bunu özü üçün həyat dəyərinə çevirə bilsə, gələcəkdə şəxsiyyət kimi də çox böyük nüfuza malik olacaq. Çünki fərdlər də, maliyyə qurumları da borc öhdəliklərinə məsuliyyətlə yanaşan dürüst insanlara həmişə böyük rəğbət bəsləyirlər. Borc alıb qaytarmayanlardan isə hamı mümkün qədər uzaq durmağa çalışır.
13. Rəqəmsal bankçılıqla tanış edin
Müasir uşaqlar onlayn ödənişlərin, mobil tətbiqlərin, elektron pulların necə işlədiyini bilməlidirlər ki, inkişaf axınından geri qalmasınlar. Eyni zamanda kibertəhlükəsizlik vərdişləri də onlarda erkən yaşlardan aşılanmalıdır.
14. Sahibkarlıq ruhunu yüksəldin
Hər bir uşağın sahibkarlıq ruhu var. Böyüklərin işi bu ruhu yüksəltməkdir, uşaqları yeni imkanların axtarışına yönəltməkdir. Məsələn, uşağa sadə qazanc yolları üzərində düşünməyi təklif edə bilərsiniz. Əl işlərinin düzəldilməsi və satışı necə olar? Bəlkə kiçik yaradıcı layihə-startaplar?! Qonşulara kömək necə və s.
15. Sosial məsuliyyət hissi aşılayın
Ən mühümü isə uşağa həm sadə izahlarla, həm də şəxsi nümunələrlə göstərmək lazımdır ki, pul həyatın əsas məqsədi və dəyəri deyil. Əsas olan pul vasitəsilə görülən işlərin şəxsi və ictimai faydasıdır. Paylaşmağın, imkan olduqca başqalarına kömək göstərməyin gözəlliyidir. Bundan ötrü uşaqlara pulu qazanmaq, onu düzgün idarə etmək qədər xeyriyyəçiliyin əhəmiyyətini də izah etmək lazımdır.
Bu, onlarda sosial məsuliyyət hissini inkişaf etdirəcək.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri