Məktəblilərə enerji içkilərinin satışı qadağan ediləcək! Səhiyyə nazirinin xəbərdarlığı!
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, Böyük Britaniya hökuməti 16 yaşından kiçik uşaqlara enerji içkilərinin satışını qadağan etməyə hazırlaşır. Ölkədə 16 yaşından kiçik uşaqlara bir litrinin tərkibində 150 mq-dən artıq kofein olan içkilərin satışının yasaqlanması ilə bağlı məsləhətləşmələr başlanıb. Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat verib.
Britaniyanın səhiyyə naziri Ves Stritinq deyib: "Enerji içkiləri zərərsiz görünə bilər. Lakin müasir uşaqların yuxusuna, diqqətini toplamasına və sağlamlığına zərər vurur. Şəkəri çox olanlar isə piylənməyə səbəb olur".
Araşdırmaların nəticələrinə görə, ölkədə yüz minə qədər uşaq hər gün ən azı bir enerji içkisi içir ki, bu da onların yuxusuna, akademik göstəricilərinə və psixi sağlamlığına mənfi təsir göstərir. Britaniyanın təhsil naziri Bricit Filipsonun sözlərinə görə, bu qərar "tarixdə ən sağlam uşaq nəslinin yaradılması istiqamətində daha bir addım olacaq".
Valideynlər və müəllimlər tərəfindən dəstəklənən qadağan 40 minə yaxın uşağın piylənməsinin qarşısını ala və gələcəkdə müalicə xərclərində onlarla milyon funta qənaət edilməsinə imkan yarada bilər.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Sentyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















