Məktəblilərimiz XXII Beynəlxalq Jautikov Olimpiadasında 10 medal qazandılar
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
10–14 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri də iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, milli komandamız bu bilik yarışında 5 gümüş, 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.
Belə ki, fizika fənni üzrə Bakı şəhəri Texniki-Humanitar Liseyinin XI sinif şagirdi Məhəmməd Cəfərli, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məmmədli isə bürünc medala layiq görülüblər.
Riyaziyyat fənni üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri 287 nömrəli “Zəkalar” Liseyinin X sinif şagirdi Fərhad İskəndər bürünc medala layiq görülüblər.
İnformatika fənni üzrə Bakı Türk Anadolu Liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov gümüş medala, 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev və Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Fateh Əhmədzadə bürünc medala layiq görülüblər.


Bu mövzuda digər xəbərlər:Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazandı
02 Avqust 2025 15:25
Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında yüksək nəticə qazandı
14 İyul 2025 14:29
Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazandılar
18 Yanvar 2025 11:38
Məktəblilərimiz 42 ci Balkan Riyaziyyat Olimpiadasında Foto
30 Aprel 2025 13:33
Şagirdlərimiz Riyaziyyat Olimpiadasında 3 medal qazandılar
30 Aprel 2025 15:02
Baxış sayı:79
Bu xəbər 17 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















