Icma.az
close
up
RU
“Məktəblilərin bullinqə məruz qalması…” MÜTƏXƏSSİS ŞAGİRDLƏR ARASINDA ZORAKILIQDAN DANIŞDI

“Məktəblilərin bullinqə məruz qalması…” MÜTƏXƏSSİS ŞAGİRDLƏR ARASINDA ZORAKILIQDAN DANIŞDI

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan məktəblərində şagirdlərin təhlükəsiz və sağlam mühitdə təhsil almaları vacib şərtlərdən biridir. Lakin son illərdə bullinq halları ilə bağlı müxtəlif xəbərlər və araşdırmalar bu problemin mövcudluğunu və onun ciddiliyini ortaya qoyur. Məktəb mühitində baş verən psixoloji və fiziki zorakılıq hallarının qarşısının alınması üçün müxtəlif tədbirlər görülür.

Bununla yanaşı, məktəblərdə psixoloji xidmətin effektivliyi, müəllim və valideynlərin bu məsələdə rolu, eləcə də uşaqların müdafiəsi üçün hansı əlavə tədbirlər görülməlidir?

Yazıçı Aysel Əlizadə mövzu ilə bağlı Avtosfer.az-a açıqlamsında bildirib ki, bullinq (zorakılıq) problemi çox ciddi məsələdir:

“Bir valideyn kimi bu mövzuya xüsusi həssaslıqla yanaşıram. Uşaqlar müəyyən yaş dövründən sonra qruplaşır və komanda halına gəzirlər. Təəssüf ki, bu qruplaşmalar bəzi uşaqların tək qalmasına və psixoloji təzyiqlərə məruz qalmasına səbəb olur. Müəllimlər, məktəb rəhbərliyi və cəmiyyət bu məsələyə həmişə kifayət qədər həssas yanaşmır. Hər kəsi bu kateqoriyaya aid etmək olmaz, lakin bu problemin həlli üçün əlimizdə yetərli psixoloji, sosioloji və pedaqoji mexanizmlər yoxdur.

Bir məktəbdə tək bir psixoloqun olması və ondan bütün problemləri həll etməsini gözləmək real deyil. Üstəlik, bu psixoloqların hamısı peşəkar və yetərincə təsirli olmaya bilər. Bu məsələ çox ciddidir və daha dərindən araşdırılmalıdır. Bullinqə məruz qalan uşaqların yaşadığı psixoloji təzyiq hər zaman açıq-aşkar görünməyə bilər. Amma daxili gərginlik onların gələcəyinə ciddi təsir edə bilər. Yeniyetməlik dövrü onsuz da gərginlik, özünəqapanma və kimliyini axtarma dövrüdür. Buna bir də məktəb mühitində psixoloji təzyiqlər əlavə olunarsa, uşaqda ciddi narahatlıqlar yarana bilər. Universitetə qəbul, gələcək seçimlər və ümumi həyat planları kimi suallar da bu dövrdə onların üzərinə əlavə yük qoyur. Bu səbəbdən məktəb və müəllimlərin yanaşması, ümumi psixoloji xidmətin effektivliyi olduqca vacibdir.

Hazırda məktəblərdə psixoloqların fəaliyyəti əvvəlki dövrlərlə müqayisədə daha yaxşıdır. Lakin əsas problem odur ki, uşaqlar psixoloqlara açılmaqda çətinlik çəkirlər. Bunun səbəblərindən biri psixoloqlara cəza mexanizmi kimi baxılmasıdır. Müəllimlər sinifdə problem yaşanan kimi psixoloqu çağırır, nəticədə uşaqlar psixoloqu bir növ “cəza adamı” kimi qəbul edirlər. Məsələn, sinifdə bir uşaq nadinclik etdikdə və müəllim psixoloqa müraciət etdikdə, digər uşaqlar da psixoloqu mənfi obraz kimi görməyə başlayır. Halbuki psixoloq uşaqların problemlərini dinləmək, onları yönləndirmək və onlara dəstək olmaq üçün var”.

Yazıcı əlavə olaraq bildirib ki, bu yanaşma dəyişməlidir. Psixoloq məktəbdə uşaqların problemlərini rahatlıqla bölüşəcəkləri və güvənə biləcəkləri bir şəxs olmalıdır:

“Uşaqlar stres və gərginlik yaşadıqda emosional çətinliklərlə qarşılaşdıqda psixoloqa müraciət etməyə çəkinməməlidirlər. Bunun üçün məktəblərdə psixoloji xidmətin təşkili dəyişdirilməli, psixoloqlar uşaqlara daha yaxın və etibarlı bir dost kimi təqdim edilməlidir. Belə olduqda uşaqlar məktəbin psixoloquna güvənərək öz problemlərini bölüşə biləcək və daha sağlam psixoloji inkişaf keçəcəklər”.

Təhsil eksperti Elmin Nuriyev isə bildirib ki, Azərbaycan məktəblərində bullinq təəssüf ki, ən ciddi problemlərdən hesab edilməli olduğu halda görməzdən gəlinir:

“Təsəvvür edin, tədris ilinin ilk həftəsində, yəni 15-22 sentyabr aralığında ölkə üzrə bir neçə məktəbdə bullinq hadisəsi olmuşdu. Bir məktəbdə şagird sinif yoldaşları tərəfindən döyülmüş, digərində valideyn oğlunun sinif yoldaşını döymüşdü. Hətta bu dar macalda şagirdlər arasında bıçaqlanma hadisəsi də olmuşdu. Hələ o zamandan hazırda cəmi 300 məktəbi əhatə edən “Şagird davranış qaydaları”nın ölkə üzrə bütün məktəblərdə tətbiqinin vacibliyini bildirmişdik. Təəssüf ki, davranış qaydaları hələ də bütün təhsil sistemini əhatə etmir. Amma bunun növbəti tədris ilindən bütün məktəblərə şamil olunacağı barəsində artıq rəsmi məlumat verilib. Bu qaydalar müxtəlif pozuntu səviyyələrinə görə təsnifatlaşdırılıb. Bullinq şagird yoldaşına qarşı fiziki və psixoloji işgəncə kimi hallar ağır səviyyəli qayda pozuntusu (4 və 5-ci səviyyə) kimi dəyərləndirilib. Bu səviyyələrə aid olan qayda pozuntularına yol verən şagirdin cəzası da təbii ki, daha ağır olacaqdır. Düşünürəm ki, davranış qaydaları çox böyük həssaslıq və incəliklə hazırlanıb. Təhsil mühitində tərlim-tərbiyə işinin yaxşılaşdırılması, bullinqə qarşı mübarizə aparmaq üçün kifayət qədər imkanlara malikdir. Yalnız bu yolla, bullinq hadisələrinin qarşısını müəyyən qədər, bəzi yerlərdə isə əsaslı şəkildə almaq olar”.

Ekspert qeyd edib ki, psixoloji xidmətin effektivliyinin artırılması isə bullinqə qarşı mübarizənin növbəti mərhələsidir:

“Təbii ki, məktəb psixoloqu şiddətə məruz qoyanla məruzqalan arasında baş verən hadisəni öz aspektindən dəyərləndirməli, hər iki tərəflə ayrı-ayrılıqda görüşlər keçirərək durumun yaxşılaşması istiqamətində əlindən gələni etməlidir. Doğrudur, aralarında çox yaxşı nümunələr olsa da məktəb psixoloqlarının bir çoxlarının fəaliyyəti o qədər də effektiv görünmür. Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan MÜTDA, BŞTİ, eləcə də ARTİ məktəbdə psixoloji xidmətin təşkilinə məsul olan bu şəxslər üçün müəyyən maaarifləndirmə tədbirləri həyata keçirir. Amma effektivliyin artımı üçün bunların qənaətbəxş olduğunu demək çətindir.

Bu gün məktəb daxilində psixoloqların daha səmərəli fəaliyyətinin təşkili üçün ayrıca proqram hazırlanmalı, həmçinin onlarla bağlı rəsmi tövsiyyə sənədlərində bəzi əlavələrin edilməsi zəruridir”.

 Elmin Nuriyev son olaraq bildirib ki, təəssüf ki, hazırda məktəbdə psixoloji işin təşkilini həyata keçirən şəxslərin əmək haqqısı o qədər də çox deyil:

“Onların üzərində düşən vəzifə öhdəliyi hər 1000 şagird üçün bir psixoloq limiti də ağır və effektsizdir. Çünki hazırkı tədris mühitində adıçəkilən istiqamətdə problem yaşayan şagirdlərin sayı çoxdur və bu rəqəmin qarşıdakı illərdə də artacağı gözlənilir. Ona görə də hazırda məktəblərdə 1000, hətta 500 də deyil, hər 250 şagirdə bir psixoloqun ayrılması daha effektiv addım olardı. Belə olan halda bu ixtisası bitirib işsiz qalan kadrların da problemi əsaslı şəkildə həll oluna bilərdi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri