Icma.az
close
up
RU
Məktəblilərin valideynlərinə faydalı məsləhətlər

Məktəblilərin valideynlərinə faydalı məsləhətlər

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yəqin çoxları müşahidə edib ki, məktəbə gəldiyi ilk günlərdə daha çox birinci sinif şagirdləri özlərini həyəcan içində hiss edir.

Bu hisslər onların həyatında əhəmiyyətli dəyişikliyə səbəb olur. Çünki dərsə başladıqdan sonra onlardan nizam-intizam, dərs oxumaq, səliqəli olmaq tələb olunur. Düzdür, bu, məktəbə qədər də uşaqlarda tərbiyə olunan davranışlardan sayıla bilər, amma bir var mərhələli davranışlar, bir də var qaydaların həyat tərzinə keçməsi. Bu situasiyada sadaladığımız keyfiyyətlər artıq uşaqların həyat tərzinə keçid sayılır. Bir çox şagirdlər əvvəlcə bu tələblərin öhdəsindən gələ bilmir.

Onu da qeyd edək ki, məktəb dezadaptasiyası standart olaraq iki aydan altı aya qədər davam edir. Son zamanlar belə hallar da müşahidə olunur ki, uşaqlar yuxarıda qeyd olunan zaman kəsiyində lazımi mərhələni keçə bilmir. Bu zaman prosesin müsbətə doğru idarə olunması üçün müəllim və valideynlərdən tələb edilən qaydalar, yanaşmalar var.

AzEdu.az xəbər verir ki, belə hallarla qarşılaşdıqda pedaqoq hətta valideyndən öncə mütəxəssisə müraciət etməlidir.

Mütəxəssis kimdir?

İlkin mərhələdəki mütəxəssis məktəbin psixoloqudur. Uşağın diaqnozunu müəyyənləşdirmək üçün onunla söhbətlər aparılır. Uşaqla onun adaptasiyasına mane olan şəxsi və kənar keyfiyyətlər barədə fikir mübadiləsi edilir. Səbəblər aşkara çıxarıldığı zaman korreksiyaedici proqram hazırlanır. Beləcə, müəllim və məktəbin pedaqoqu uşaqla ilk təlimlərə başlayır. Eyni zamanda, durum barədə məktəblinin ailəsi də məlumatlandırılır.

Dezadaptasiyanı yaradan səbəblər

Problemlərdən biri uşağın müəllim və həmyaşıdları ilə ünsiyyətdə çətinlik çəkməsidir. Uşaqlar sakit və utancaq olur. Ünsiyyətə girə bilmədikləri üçün onlara elə gəlir ki, müəllimdən, ya da yoldaşlarından eşitdiyi elementar bilikləri mənimsəməkdə də acizdirlər. Bu üzdən uşaqlar öyrənməkdən qaçır və ya ümumiyyətlə, oxumaq istəmir. Bu, müəyyən mərhələdə məktəbə gəlmək qorxusu da yaradır.

Dezadaptasiyanı yaradan başqa bir səbəb müəllimin diqqəti ilə bağlıdır. Məsələn, sinifdə yaxşı qavrayan uşaqların sayı çox olduğu halda, nisbətən zəif qavrayışlılar diqqətdən kənarda qala bilər. Bu halla müşahidə olunan dezadaptasiyalarda məsuliyyət daşıyan tərəf pedaqoqdur. O üzdən psixoloqlar belə vəziyyətdə əvvəlcə müəllimlə iş aparır. Müəllimin həmin şagirdlə ünsiyyətinin daha mükəmməl qurulması istiqamətində məsləhətlər verilir. Yəni, müəllimin dezadaptasiya problemi yaşayan məktəbli ilə daha çox ünsiyyətdə olması tələb olunur. Eyni zamanda, bu tələbin həyata keçirilməsi üçün məsləhətlər verilir.

Bəzi hallarda məsuliyyət daşıyan tərəf ailədir

Bəzən uşaq o qədər də yaxşı qiymətlər almır. Valideyn buna görə uşağı aşağılayır, təhqir edir, fiziki təzyiqə məruz qoyur, onu qorxudur. Uşaqda neqativ hisslər daha çox fəallaşır və təhtəlşüurda belə bir fikir formalaşır: Mən nə edirəmsə, pisəm, bacarıqsızam, hörmət olunmayan şagirdəm, heç vaxt əlimdən yaxşı nəsə gəlməyəcək. Belə hallarda bəzən məktəb sözünü eşitməsi belə, uşaqlarda stress yaşadır. O, nəinki məktəbə getmək, ümumiyyətlə, məktəb sözünü eşitmək istəmir.

Valideynlərdən tələb olunur ki, uşaqlarda özünəinamın formalaşmasına çalışsınlar.

Uşaq özünü qiymətləndirməyi və özünə inanmağı bacarmalıdır. Bu, valideyndən tələb olunan ən vacib addımdır. Uşaq mütləq hiss etməlidir ki, ən yaxşı və ən ağır situasiyasında onun arxasında böyük qüvvə, valideyni var. Valideynlər təkcə öz uşaqları ilə deyil, həm də uşağın fəaliyyətdə olduğu və ya olacağı mühiti də öyrənməlidir.

Bu, təkcə uşağın mühitini formalaşdırmaq üçün ona yol göstərmək cəhdi deyil. Bu, həm də o deməkdir ki, uşaq ailəsi tərəfindən sevildiyini anlasın, görsün. Bütün bu addımlarda həmişə uşağa belə bir fikir təlqin edilməlidir: Biz bu dəstəyi sənə hər şeydən öncə ona görə veririk ki, səni sevirik. Yəni, uşaq üçün ailəsinin sevgisi əldə edəcəyi bütün uğurların bünövrəsidir. Dezadaptasiya mərhələsini aşmaq üçün valideynlər uşaqlarını digər uşaqlarla müqayisə etməməlidirlər.

Belə hallara bizim cəmiyyətdə çox rast gəlinir

Məsələn, valideyn deyir ki, filankəs səndən yaxşı bacardı, yaxşı oxuyur və sairə. Bu, uşaqda ciddi mənəvi zədəlar yaradır. Birincisi, uşaq müqayisə olunduğu yaşıdının yanında həmişə ehtiyatlı və qorxaq davranır. İkincisi, ətrafdakı yaşıdlara antipatiya formalaşır. Ən qorxulusu, uşaq olduğu kimi sevilmədiyini düşünməyə başlayır. Uşağı həmişə öz nailiyyəti ilə öymək, öz səhvi ilə müqayisə etmək vacibdir. Eyni zamanda, başqalarının yanında uşağı təhqir və ya tənqid etmək olmaz. Bu, heç ikilikdə olanda da məqbul hesab edilmir.

Əgər uşaq dərslə bağlı uğurlu nəticəni vermirsə, bunu onunla müzakirə etmək lazımdır. Uşağı cəzalandırmaq, təhqir etmək və sair kimi xoş olmayan variantlar heç vaxt müsbət nəticə verə bilməz. Əksinə, uşaq məktəbə adaptasiyadan yayınacaq, dərs oxumağa marağı olmayacaq, bir sözlə, təhsildən uzaq düşəcək. O üzdən valideyn qədər müəllim də bu məsələlərdə diqqətli olmalıdır. Qavraması zəifdir deyə, uşağı diqqətdən kənarda qoymaq olmaz. Çünki “uşaqdır” dediyimiz varlıqlar evdə və məktəbdə hər şeydən öncə şəxsiyyət kimi formalaşmalıdırlar. (Azərbaycan müəllimi qəzeti)

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri