Icma.az
close
up
RU
Məktubla ziyarət olunan muzey: Burada real ölçüdə tanklar, piyada döyüş maşınları sərgilənir

Məktubla ziyarət olunan muzey: Burada real ölçüdə tanklar, piyada döyüş maşınları sərgilənir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Vətən müharibəsində düşmən görüntülərdə döyüşən kimi görünsə də, bilirdi ki, həmin torpaqlar onlara aid deyil".

Bu sözləri Azərbaycan Ordusunda baş leytenant rütbəsində xidmət göstərən Samir Cəlil oğlu Nəsirov Müdafiə Nazirliyinin 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə media nümayəndələri üçün Azərbaycan Hərb Tarixi Muzeyinə təşkil edilmiş mediatur zamanı Oxu.Az-a verdiyi açıqlamada deyib.

O bildirib ki, 2020-ci ildə Vətən müharibəsində Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib:

"Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. Vətən müharibəsində iştirak etdiyim üçün çox qürurluyam. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşdə silah yoldaşlarımdan şəhid, qazi olanlar oldu. Özüm də müharibədə yaralanmışdım. Müharibə zamanı bütün əsgərlərin döyüş əzmi çox yüksək idi. Ali Baş Komandanın rəhbərliyi ilə hamımız Qarabağın azad olunmasına fokuslanmışdıq və buna da nail olduq. Müharibədən sonra qələbə paradında da iştirak etdik. Bu bizim üçün unudulmaz an idi. Rayonlarımızı işğaldan azad etməkdən başqa heç nə düşünmürdük. Düşmən görüntülərdə döyüşən kimi görünsə də, özü də bilirdi ki, həmin torpaqlar onlara aid deyil. Tarixən bu həmişə belə olub, ermənilər yad torpaqlarda yaşadıqlarını bilirdilər. Ona görə də onlar bizim əks-hücumlarımıza tab gətirə, xalqımızın iradəsinə qarşı dura bilməyib qısa müddətdə torpaqlardan geri çəkildilər".

Sülhməramlı taborunda manqa komandiri vəzifəsində çalışan Fariz Əhmədov Oxu.Az-a açıqlamasında qeyd edib ki, hər zaman içdiyi anda sadiq qalacaq və vətənin keşiyində duracaq:

"Mən Vətən müharibəsi ərəfəsində Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. İşğalçı Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun qüdrəti və xalqının qətiyyəti qarşısında tab gətirə bilmədi. Zəbt etdikləri mövqelərindən qovuldu, yaşayış məntəqələrimizdən çıxmağa məcbur oldu. Hər gün qələbə əzmi, vətən sevgisi ilə vuruşub, addım-addım böyük qələbəyə yaxınlaşdıq. Cəsarətlə düşmən üzərinə yeridik və canımızı, qanımızı əsirgəmədən vətənin azadlığını düşündük. Hamını əmin edirəm ki, içdiyim anda sadiq qalacaq, hər zaman vətənin keşiyində duracağam".

Mediatur ərəfəsində Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov cari il ərzində görülən işlər barədə məlumat verib.

O bildirib ki, 2025-ci ilin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırıqları, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin əmr, direktiv və sərəncamlarına əsasən, Azərbaycan Ordusunda tədbirlər uğurla həyata keçirilib:

"Qeyd olunan dövr ərzində Azərbaycan Ordusunda hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqlarının artırılması, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə plana uyğun məşğələ, təlim və toplanışlar keçirilib. Azərbaycan və müxtəlif dövlətlərin iştirakı ilə ümumilikdə 14 birgə beynəlxalq təlim keçirilib. Hesabat dövründə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan 4 600-dən çox hərbi vəzifəli təlim toplanışlarına cəlb edilib. Cari ilin birinci yarımili ərzində kadr heyətinin təkmilləşdirilməsi, müxtəlif sahələrdə mütəxəssislərin hazırlıqlarının artırılması, müasir texnoloji yeniliklərin öyrənilməsi, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə müvafiq şəxsi heyət ölkə daxilində və xaricdə təşkil edilmiş beynəlxalq təlim, seminar, konfrans və kurslara cəlb edilib.

Hesabat dövründə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar minifutbol üzrə yarış keçirilib, həmçinin şəxsi heyət arasında idmana marağın artırılması, fiziki hazırlığı yüksək olan hərbi qulluqçuların stimullaşdırılması məqsədilə daşqaldırma, hərbiləşdirilmiş kross və səmti müəyyənetmə idman növləri üzrə Azərbaycan Ordusu birinciliyi təşkil olunub. Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər, "Kibergigiyena" mövzusunda seminarlar keçirilib. Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar nəticəsində cari ilin birinci yarısında hərbi təhsil sahəsində müasir texnoloji yeniliklərin tətbiqi ilə bir çox uğurlu işlər görülüb. Bundan başqa azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı mühəndis tədbirləri icra olunub".

Qeyd edək ki, Hərb Tarixi Muzeyinin girişində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərə həsr olunan ekspozisiya təqdim olunur. Bu ekspozisiya təkcə yaxın keçmişin şanlı səhifəsini deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin gücünü və ordumuzun əzmini əks etdirir.

Tarixi 1992-ci ildən başlayan muzey ölkənin hərb irsini sistemli şəkildə təqdim edən bənzərsiz bir məkandır. Muzeyin daxili ekspozisiyasında "Azərbaycan hərb sənəti qədim dövrdən - 1918-ci ilədək", "Azərbaycan Xalq Cümhuriyyəti", "Azərbaycan hərb sənəti 1920-39-cu illər", "İkinci Dünya müharibəsi", "Azərbaycan hərb sənəti 1946-91-ci illər", "Azərbaycan hərb sənəti müstəqillik dövründə", "Heydər Əliyev və ordu quruculuğu", "Azərbaycanın müasir Silahlı Qüvvələri" adlı zalları fəaliyyət göstərir.

Muzeyin açıq səma altında yerləşən hissəsi isə hərbi texnika həvəskarları üçün unudulmaz bir ekskursiyadır. Burada real ölçüdə tanklar, piyada döyüş maşınları, artilleriya qurğuları və s. sərgilənir.

Hərb Tarixi Muzeyinə giriş məktubladır. Muzeyi ziyarət etmək istəyənlər planlaşdırdıqları tarixdən 20-30 gün əvvəl müraciət məktubunu Müdafiə Nazirliyinə göndərməlidirlər. Məktubda ziyarət tarixi və məqsədi qeyd olunmalıdır. Müraciət təsdiqləndikdən sonra müvafiq məktubla muzeyə daxil ola bilərlər.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyun 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see212

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see208

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see183

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see155

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see146

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see139

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see136

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see130

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see129

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see127

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see124

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see124

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see119

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see118

Milli Məclisdə görüşlər

24 Sentyabr 2025 03:44see118

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see118

Nəsimi fəlsəfəsi zamanın fövqündə

24 Sentyabr 2025 02:40see116

Barselona Yamal və Bonmatinin xatirinə bunu etdi FOTO

24 Sentyabr 2025 05:20see116

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see114

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri