Icma.az
close
up
RU
Melani Coli ermənidən çox ermənilik edir

Melani Coli ermənidən çox ermənilik edir

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kanadanın xarici işlər naziri Melani Coli hazırda məhkəməsi gedən erməni hərbi cinayətkarları dərhal azad etməyə və erməniləri Qarabağa təhlükəsiz qaytarmağa çağırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Coli terrorçuları “hərbi əsir” adlandırıb.

O, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə, həmçinin Qarabağ naminə ATƏT-in Minsk Qrupu və Helsinki Yekun Aktının prinsipləri çərçivəsində regionda ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş həll yolunun tapılmasının zəruriliyini vurğulayıb.

Əvvəllər də ermənipərəst mövqeyi ilə seçilən Melani Colinin yenidən Azərbaycan xalqına qarşı soyqırım törətmiş terrorçuların müdafiəsinə qalxması təsadüf deyil. 

Melani Coli həmişə Azərbaycan xalqına qarşı düşmən münasibəti ilə seçilsə də bu dəfə onu bəyanatı ermənilərə rəğbətindən daha çox şəxsi siyasi maraqları ilə bağlıdır. 

Martın 9-da Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək. Hakim Liberal Partiyasından Baş nazir postuna iddialılar arasında Melani Coli də var.
Ona görə də xanım Coli erməni diasporunun və lobbisinin dəstəyini qazanmaq üçün bütün hüquqi və siyasi-əxlaqi normaları aşaraq canfəşanlıq edir. 

Əgər Melani Coli seçkilərdə qalib gəlsə, ermənilərin himayəçisi kimi tanınan Kanadanın sabiq baş naziri Castin Tryudonu əvəz edəcək. Beləliklə, Kanada hökumətinin başına növbəti ermənipərəst baş nazir gələ bilər. 

Maraqlıdır, Coli Azərbaycan  ərazisində erməni separatizmini dirçəltməyə çalışan Melani Coli bu presedentin Kanadada tətbiqinə razı olarmı? 

Məsələn, Kanada hökuməti Kvebek əyalətinin müstəqil olmaq cəhdinə mane olur. 

Halbuki, Helsinki Yekun Aktının prinsipləri Kvebek fransızlarına da öz müqəddaratını təyin etmək, yəni Kanadadan ayrılıb müstəqil dövlət  hüququ verir. Xanım Coli isə özlərinə rəva bilmədiyini başqasına əmr edir. 

Melani Colinin təmsil olunduğu hökumət Prezident Trampın Kanadanı ABŞ-a birləşdirmək təklifini qəbul etmir. 

Rəsmi Ottava bunu Kanadanın ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndirir. Ancaq M.Coli erməniləri kütləvi şəkildə Qarabağa qaytarmağın və hərbi caniləri də həbsdən azad etməyin Azərbaycanın həm ərazi bütövlüyünə və suverenliyinə qəsd olduğunu nəzərə almır. 

Kanadanın xarici işlər naziri ədalətin bərpasını təmin etmək istəyirsə, o zaman ermənilərin də Qərbi Azərbaycandan qovduğu 300 min nəfərin öz tarixi torpaqlarına qaytarılmasını təklif etməlidir. 

Müşfiq Abdulla    
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri