Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

AŞPA ermənidən çox ermənilik edir: “Bu cür bəyanatların...”

AŞPA ermənidən çox ermənilik edir: “Bu cür bəyanatların...”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinin hansı standartlarda olduğu hər zaman açıq şəkildə görünüb. 

İkili standartların olduğu, beynəlxalq hüquqa söhkənməyən qərarların müdafiə olunduğu bu cür təşkilatlar son zamanlar bütün imkanlarını təzyiq etmək üçün istifadə etməyə başlayıblar. 

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən ilin ilk günlərindən Azərbaycana qarşı təzyiq ritorikası seçib.

Belə ki, 2024-cü ilin 22 yanvar tarixində AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatlar çağırış etmişdi. 

24 yanvarda isə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarın verdi və nümayəndə heyəti bununla bağlı bəyanat yaydı.

Bu dəfə də AŞPA Azərbaycana münasibətdə bütün dəyərlərin üzərindən xətt çəkmək anlamına gələn bir bəyanat yayıb.

Söhbət ondan gedir ki, AŞPA hər zaman insan hüquqları, azad və müstəqil məhkəmə, demokratiya və buna bənzər dəyərləri ön planda tutduğunu bəyan edib.

Amma yenə də AŞPA Azərbaycana qarşı münasibətdə bu dəyərləri heçə sayıb. Belə ki, AŞPA Azərbaycana yenidən çağırış edib.

“AŞPA Dağlıq Qarabağın Bakıda saxlanılan separatçı liderlərinin və bütün erməni hərbi əsirlər ilə bağlı vəziyyəti izləyir, Azərbaycana bu şəxsləri azadlığa buraxmağa dair çağırışını bir daha təkrarlayır”, - deyə AŞPA bəyanatında deyilir.

Bəs azad məhkəmə? Bəs insan hüquqları? Nəzərə alsaq ki, AŞPA-nın azad görmək istədiyi şəxslərin məhkəməsi gedir, belə bir vaxtda bu çağırış məhkəmənin işinə müdaxilə cəhdi deyilmi? Ümumi olaraq hazırda məhkəmələri davam edən şəxslərlə bağlı çağırış etmək nə dərəcədə düzgündür? Bu, AŞPA-nın özünün dediyi beynəlxalq hüquq, məhkəmə azadlığı kimi dəyərlərə zidd deyilmi?

Hüquq üzrə fəlsəfə doktoru, sabiq deputat Çingiz Qənizadə mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, AŞPA-nın belə bir bəyanatla çıxış etməyə haqqı yoxdur:

“Çünki bu, Azərbaycan məhkəmlərinə təzyiq forması kimi dəyərləndirilir. 

Sözügedən şəxslərlə bağlı hazırda məhkəmə prosesi davam edir.

Onlarla bağlı ədalətli qərarın veriləcəyi də heç kimdə şübhə oyatmır. Amma maraqlıdır, bu hərbi cinayətkarların, müharibə cinayəti törətmiş bu şəxslərin azadlığa buraxılması istəyi AŞPA-da necə yaranıb?

Bildirim ki, AŞPA və digər beynəlxalq insan haqları təşkilatları artıq siyasiləşiblər. “Human Rights Watch”, “Freedom House” və bu kimi təşkilatların hamısı artıq siyasiləşiblər və onların hamısı bu gün Azərbaycanda məhkəməsi gedən müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılması üçün var gücləri ilə çalışırlar. 

Amma bir dəfə də olsun demirlər ki, bu şəxslər niyə Azərbaycan xalqına, dinc əhaliyə qarşı raketlərdən, qadağan olunmuş minalardan istifadə ediblər. 

Gecə insanların yatdığı vaxtda raket zərbələriylə binaları onların başına uçurdular. Bəs onda niyə danışmırdılar? Hesab edirəm ki, bu təşkilatlar siyasiləşib. Azərbaycana təzyiq forması kimi bu cür bəyanatlarla çıxış edirlər”.

Çingiz Qənizadə əlavə edib ki, bu cür bəyanatların Azərbaycana hər hansı bir təsiri olacağına inanmır:

“Azərbaycan müstəqil, qüdrətli bir dövlətdir. Məhkəmənin də açıq və ədalətli keçirilir. Hər kəs üçün şərait yaradılıb ki, gəlib məhkəməni izləsin.

Onlar artıq öz cinayətlərini etiraf etməyə başlayıblar. Belə olan halda nəyə görə onların azadlıq məsələsi AŞPA-nı bu qədər narahat edir? Biz bu sualın cavabını bilirik. Amma yaxşı olar ki, AŞPA özü də açıqlamalarında desin ki, onları maraqlandıran nədir və kimlərin tapşırığı ilə bu cür bəyanatlarla çıxış edirlər”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri