Icma.az
close
up
RU
Ermənidən daha çox ermənilik edənlər bizi yolumuzdan döndərə bilməz Açıqlama

Ermənidən daha çox ermənilik edənlər bizi yolumuzdan döndərə bilməz Açıqlama

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Rusiyanın kifayət qədər ciddi və rəsmi  informasiya agentliyi olan TASS-ın  Azərbaycana qarşı  belə bir mövqe tutması təsadüfi deyil. Bu, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliyin göstəricisidir. Onlar Azərbaycana qarşı informasiya savaşında əllərindən  gələni edərək, hətta bir çox hallarda ermənidən daha artıq ermənilik nümayiş  etdirilər. Mən tam əminliklə deyə bilərəm ki, həmin yazının hazırlanmasında, bu ideyanın ortaya atılmasında ermənilərin birbaşa əli var. Buna yüz faiz əminəm".
Ölkə.az xəbər verir ki, bunu Milli Məcliisn deputatı Fəzail İbrahimli Rusiyanın TASS agentliyinin “Stepanakert” və “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsinə münasibət bildirərkən dedi.
Deputat bildirib ki,  2021-ci ilin iyulun 7-də rəsmi şəkildə ləğv edilmiş  və mövcud olmayan “Stepanakert”,  “Dağlıq Qarabağ” və ya “Artsax”ın ifadəsini  gündəmə gətirmək absurddur:
"Belə yanaşmalar Azərbaycanın ağrılı və tarixi travmalarına toxunmaq cəhd olmaqla yanaşı,  beynəlxalq hüquqa və qanunsuz olaraq müstəqil dövlətin daxili işlərinə kobudcasına müdaxilədən başqa bir şey  deyil. Müstəqillik dövründə səkkiz rayonumuzun işğalı ilə bağlı keçdiyimiz acı yol hər kəsə məlumdur. Əgər təqvimi diqqətlə nəzərdən keçirsək, görərik ki, Azərbaycan tarixinin son 100 ilində demək olar ki, ilin 11 ayında erməni faktorunun təsiri ilə Rusiya mənşəli faciələr baş verib.
Yanvarın 20-də törədilən qətliamın arxasında Sovet Rusiyası dayanırdı. Fevral ayında Xocalı soyqırımı Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədildi. Mart soyqırımı isə sovet, erməni və bolşevik ittifaqının birgə cinayətidir. Qeyd edim ki, Leninin Moskvadan Şaumyanı Qafqazın canişini təyin etməsi ilə başlayan prosesdə rus və bolşevik hərbi qüvvələri birlikdə hərəkət edirdilər. Mart hadisələrinin əsas məqsədi isə Qafqazı türksüzləşdirmək idi.
Aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qızıl Ordu tərəfindən devrildi. 1920-ci ilin həmin aylarında ermənilər yenidən fəallaşaraq Qubadlının və digər ərazilərin işğalında iştirak etdilər. 90-cı illərdə isə may, iyun və iyul aylarında Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli kimi şəhərlər ard-arda işğala məruz qaldı.
1991-ci ilin noyabrında isə yüksək rütbəli məmurların olduğu helikopter qəzası baş verdi. Yəni bizim tariximizdə baş verən bir çox faciələr erməni-rus müttəfiqliyinin nəticəsidir. Ona görə də bu gün yazılan, səsləndirilən hər cür ideoloji mesaj “Artsax”, “Dağlıq Qarabağ” ifadələri artıq tarixə dəfn olunub. Bu anlayışların tabutuna sonuncu mismar da vurulub".
Deputat  qeyd edib ki, Rusiya tərəfi hər şeyi çox yaxşı bilir:
"Sadəcə olaraq, ideoloji müharibənin başqa bir mərhələsində Azərbaycana psixoloji təsir göstərmək və daxili ağrılı nöqtələrimizə toxunmaq üçün bu ifadələrdən istifadə edirlər. Amma bu cəhdlər artıq nəticəsizdir. Çünki biz bu gün öz torpağımıza sahibik. Güclü və müasir ordumuz var. Haqq bizim tərəfdədir. Xalqımız vətən və dövlət məsələsində vahid mövqedədir, monolitdir. Ən əsası isə ölkənin başında qətiyyətli, iradəli və uzaqgörən lider dayanır. Belə olan halda, kimsə  bu cür təxribatçı  hərəkətləri ilə bizi yolumuzdan döndərə bilməz".
Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Avqust 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri