Icma.az
close
up
RU
Melaniya Tramp Epşteynlə əlaqələrini rədd etdi Konqresə çağırış edib yardım istədi

Melaniya Tramp Epşteynlə əlaqələrini rədd etdi Konqresə çağırış edib yardım istədi

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-nin birinci xanımı Melaniya Tramp ona qarşı səsləndirilən ittihamlara sərt reaksiya verərək, pedofil maliyyəçi Ceffri Epşteyn ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.

Ağ Evdə nadir çıxışlarından birində Melaniya Tramp bildirib ki, onun Epşteyn və onun yaxın çevrəsindən olan Gisleyn Maksvell ilə heç vaxt münasibəti olmayıb.

O, bu iddiaları “böhtan” adlandırıb və dərhal dayandırılmasını tələb edib: “Məni Epşteynlə əlaqələndirən yalanlara son qoyulmalıdır. Mən onunla dost olmamışam”.

Birinci xanım qeyd edib ki, yalnız Nyu-Yorkun eyni sosial çevrələrində olduqları üçün bəzən eyni tədbirlərdə iştirak ediblər, lakin bu, şəxsi münasibət demək deyil.

Məsələ həm də ABŞ Prezidenti Donald Tramp üçün siyasi problem olaraq qalır. Epşteyn işi uzun illərdir ABŞ siyasətində qalmaqallı mövzulardan biri sayılır və müxtəlif sənədlər onun çoxsaylı tanınmış şəxslərlə əlaqələrini üzə çıxarıb.

Melaniya Tramp çıxışında diqqəti daha çox qurbanlara yönəldərək Konqresi hərəkətə keçməyə çağırıb. O, Epşteyn tərəfindən zərər görmüş qadınlar üçün açıq dinləmələrin keçirilməsini istəyib: “Bu qadınlar dinlənilməlidir. Onların səsi eşidilməlidir”.

Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamı ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Onun işi ABŞ-da siyasət, biznes və maliyyə elitasını əhatə edən geniş qalmaqala çevrilmişdi.

Açıqlanan sənədlərdə Melaniya Trampın 2002-ci ildə Maksvellə yazışmasının olduğu qeyd edilsə də, birinci xanım bunun yalnız səthi əlaqə olduğunu vurğulayıb.

Melaniya Trampın bu çıxışı həm şəxsi imicini qorumağa, həm də siyasi təzyiqləri azaltmağa yönəlmiş addım kimi qiymətləndirilir. Eyni zamanda, Epşteyn işi ətrafında müzakirələrin hələ uzun müddət ABŞ siyasətinin gündəmində qalacağı görünür.

Rasim

"AzPoltika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Aprel 2026 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri